Putin TƏCİLİ Təhlükəsizlik Şurasını topladı


Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib. Sozcu.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Putin müşavirədə Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi və qonşu ölkələrlə əməkdaşlığın cari məsələlərini müzakirə etməyi təklif edib.

"Bu gün biz ölkə üçün müxtəlif sahələrdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı aktual məsələləri nəzərdən keçirəcəyik, həmçinin bizim üçün çox əhəmiyyətli olan müəyyən sahələrdə qonşularla qarşılıqlı fəaliyyətimizdən danışacağıq", - deyə Rusiya Prezidenti qeyd edib.

Daha sonra Rusiya xarici işlər naziri Sergey Lavrov məruzə ilə çıxış edib.



Oxşar Xəbərlər

Xəbər lenti