17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
”Qarşı tərəfin təklifi əsasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub”.
Sozcu.info xəbər verir ki, bu barədə apa-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsini və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll üzrə aparılan danışıqlar da müzakirə mövzuları arasında olub.