8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vaxtilə Ukrayna prezidenti Viktor Yuşşenko da Rusiya FSB-si tərəfindən zəhərlənmişdi və bu, Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən “ən məşhur” hərəkətdir. Eyni şey bu gün Mixeil Saakaşviliyə olunub”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Gürcüstandakı müxalif Vahid Milli Hərəkat Partiyasının (VHM) üzvü Rəfi Orucov deyib.
VHM funksioneri partiya sədri Mixeil Saakaşvilinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə məxsus olan “Vivamed” klinikasından yayımlanan son görüntülərinə münasibət bildirib.
R. Orucovun sözlərinə görə, M. Saakaşvili Gürcüsatnda həbs olunandan sonra onun saçında və bədənində kimyəvi maddələr tapıldı və bir neçə dəfə onun öldürülməsinə cəhd edilib:
“Bu isə ölkəmizi bütün dünyada biabır etmək deməkdir. Çünki Saakaşvili Gürcüstanın qurucusu olub. O vaxtı Gürcüstanı nəinki gəlib görmək, heç bu ölkənin ətrafından belə keçmək istəmirdilər. Lakin Saakaşvilidən sonra 2005-ci ildə Gürcüstana ABŞ-ın sabiq prezidenti Corc Buş, eləcə də dünya liderləri gəlməyə başladı, ölkəmizə investisiya qoydular. Yəni Saakaşvili ölkəni dirçəltdi və dünyaya tanıtdı. Bu, faktdır”.
Müxalifətçi əlavə edib ki, buna baxmayaraq, bu gün belə bir dahi şəxsiyyəti və siyasətçini Rusiyanın sifarişiylə hazırkı “Gürcü arzusu” hakimiyyəti öldürməyə çalışır:
“Bu da ölkəmizi həm biabır etmək, həm Avropadakı gələcəyimizi, həm də ümumi dünyaya olan inkişaf prosesimizi dayandırmaqdır. Bu, eləcə də ölkəmizin və Saakaşvilinin gələcəyini əlindən almaq deməkdir. Haqlı olaraq da üst-üstə Tbilisidə və başqa yerlərdə aksiyalar keçirilib, tələblər irəli sürülüb, Avropa Parlamentinin, ABŞ Konqresinin, eləcə də bir neçə dünya liderlərinin Saakaşviliylə bağlı fikirləri var ki, o, dərhal xəstəxanadan çıxarılıb xaricə aparılsın. Biz bu yaxınlarda Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən yayılan kadrları da gördük. Belə gülünc və cılız hərəkətlərə biz insan hüquqlarının tapdalanması və onun nə vəziyyətə gətirilməsinin şahidi oluruq. Təsəvvür edin ki, insanı nə vəziyyətə gətirmək və onu hansı hala salmaq olar. Çünki Saakaşvilinin orada psixi və fiziki əziyyət çəkdiyi bir faktdır”.Haqlı olaraq da parlamentdə ədliyyə naziri Rati Breqadzeyə qarşı şüarlar səsləndirildi. Bu cür qatil bir rejimin bizə oturub nağıl danışmasını eşitmək istəmədiyimiz üçün tərəfdarlarımız parlamenti tərk etdilər. Keçən il Kutaisidəki parlament binasının önündə də aksiyalar keçirildi və orada da Saakaşvilinin azadlığı barəsində odlu şüarlar səsləndirildi. Hətta orada partiya üzvlərimizdən bir nəfər saxlandı və daha sonra aksiyalar Tbilisinin əsas polis idarəsinin yaxınlğında da davam etdirildi. Bizim tək bir tələbimiz var ki, üçüncü prezident Saakaşvili dərhal azadlığa çıxarılsın və müalicə almaq üçün xaricə aparılsın”, – müsahibimiz fikirlərini tamamlayıb.