Mikayıl Cabbarov onlara yüksək vəzifə verdi - Fotolar


İqtisadiyyat Nazirliyinin Aparatına yeni təyinatlar olub. 
Sozcu.info xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə bir vaxtlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmış Amil Əlili İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.
Dövlət investisiyaları şöbəsinin müdiri vəzifəsinə isə Əli Hacıyev təyin olunub. 
Həmçinin sabiq İqtisadiyyat naziri Şahin Mustafayevin bibisi oğlu, "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini Araz Quliyev sənaye şöbəsinin müdiri vəzifəsinə təyin edilib.  
Sənaye şöbəsinin müdiri vəzifəsini icra edən Bəxtiyar Gülməmməd oğlu Əliyev yeni vəzifəyə keçirilib.



Oxşar Xəbərlər

Xəbər lenti