8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu, edamdır, o isə hökmü verilmiş adam”
Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya “Vivamed” klinikasında oğlunu ziyarət edikdən sonra onun bütün hərəkətlərinin nəzarətdə saxlanıldığını və bunun onun sağlamlığına çox pis təsir elədiyini söyləyib.
Ana deyib: “Kadrların yayılması – bütün bunlar onun səhhətinə çox zərər vurur. Faktiki olaraq, bir insanın qətli baş verir. Onu akvariuma yerləşdirib orada öldürürlər. Onun aldığı hər bir nəfəs nəzarətdədir və faktiki olaraq, translyasiya edilir. Belə halda adam özünü necə hiss edə bilər, məgər bu, yaşayışdırmı? Bu, edamdır, o isə hökmü verilmiş adam”.