26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın “Transneft” şirkətinin prezidenti Nikolay Tokarev “Rossiya 24” kanalına müsahibəsində şirkətin Polşa ilə Almaniyadan bu ilin dekabr ayı və 2023-cü ilin birinci rübü üçün neft tədarükü sifarişlərini aldığını bildirib.
Tokarev deyib: “Yanvarın birindən sonra Rusiyadan neft almayacaqlarını elan elədilər. Bizə isə indi Polşa istehlakçılarından gələn il üçün 3 milyon ton və bu ilin dekabr ayı üçün 360 min ton neft tədarükü istəyi gəlib. Almaniya da artıq gələn ilin birinci rübü üçün neft tədarükü ilə bağlı yazılı müraciət göndərib”.