Gürcüstan dron istehsal edəcək


Hurriyyet.az xəbər verir ki, Gürcüstan bir neçə aydan sonra Polşa ilə ortaq şəkildə ilk pilotsuz uçuş aparatını (PUA) istehsal eləməyə hazırlaşır.

Bu barədə məlumatı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili verib. O, hökumətin 2022-ci ildəki fəaliyyəti barəsindəki hesabat xarakterli çıxışında deyib: “Polşa şirkəti ilə birlikdə dron istehsalına başlayırıq. PUA istehsalı bir neçə aydan sonra başlanacaq. Şirkət bir neçə min dron istehsal edə bilər”.

Qaribaşvili əlavə edib ki, respublika hava hücumundan müdafiəni gücləndirmək üçün İsrailin “Rafael” şirkəti ilə də əməkdaşlıq edir – mövcud sistemləri müasirləşdirmək və yenilərini almaq planlaşdırılır.

Cari ilin noyabrında verilən məlumata görə, Polşanın “WB Elektroniks” şirkəti ilə Gürcüstanın “Delta” dövlət hərbi elmi-texniki şirkəti birgə “Delta-VB” şirləti qurublar. Həmin şirkət dron istehsalı ilə məşğul olacaq.




Oxşar Xəbərlər

Xəbər lenti