ATƏT Ukraynanın çağırışına məhəl qoymadı: “Rusiyasız olmaz”


Hurriyyet.az “Yevropeyskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, ATƏT-in Baş katibi Helqa Mariya Şmidt “Velt” nəşrinə müsahibəsində Rusiyanın təşkilatda üzv olaraq qalmasının hələ də əhəmiyyətli olduğunu söyləyib. Lakin o, diplomatik kanalların açıq saxlanılmasının razılıq demək olmadığını da bildirib.

Şmidt deyib: “İstənilən halda, indiki nöqteyi-nəzərdən hesab edirəm ki, Rusiyanın üzv ölkə olaraq ATƏT-də qalmasının əhəmiyyəti var”.

Bu günlərdə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini nəzərə alaraq, onun ATƏT-dən çıxarılması çağırışını etmişdi.

Şmidt isə buna cavab olaraq deyib: “Vaxt gələcək əlaqə kanalları bizə yenidən lazım olacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti