8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Tbilisi şəhər məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı növbəti məhkəmə prosesi keçiriləcək.
Hurriyyet.az xəbər verir ki, proses 11:00-da başlayacaq.
Saakaşvilinin prosesə müalicə aldığı klinikadan onlayn qaydada qoşulub-qoşula bilməyəcəyinə həkimlər qərar verəcək.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.
O, ötən il dekabrın 22-si keçirilən iclasa müalicə aldığı klinikadan videobağlantı ilə qoşulmuşdu. (qafqazinfo)