8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyan “böyük qisas” kimi xarakterizə etdiyi addımı atıb.
Sozcu.info xəbər verir ki, bu məlumatı Ukrayna lideri Volodimir Zelenski açıqlayıb.
Ukrayna lideri vurğulayıb ki, rus qoşunları aylarla dalana dirəndikdən sonra cəbhə xətti boyunca hücumları artırmağa başlayıb.
Zelenski hücumların artmaqda davam edəcəyini də qeyd edib.
Rusiyanın Ukraynadakı hücumlarında muzdlu qruplaşma olan "Vaqner" mühüm yer tutur. Qrupu cəlbedici edən yüksək maaş və macəra vədidir.
"Vaqner" işçilərinə ayda təxminən 1500-2000 dollar maaş verir.
Rəsmi Moskva bu qruplaşmanın dövlətlə əlaqəsini həmişə inkar edib. Rusiya qanunvericiliyi muzdlu xidmət müqabilində cəzaların bağışlanmasına icazə vermir.
Diqqət çəkən məqam odur ki, son vaxtlara qədər "Vaqner"in adını çəkməyən Rusiyanın rəsmi xəbər agentlikləri artıq gündə bir neçə dəfə bu qruplaşmaya istinad edir və məhbusların hərbi xidmətə çağırılması barədə məlumat verir.
Rusiyanın dövlət kanalı NTV "Vaqner" haqqında xəbər yayımlayaraq, qruplaşmanı "dünyanın ən təcrübəli ordusu" kimi xarakterizə edib.