Ukrayna Gürcüstandan Saakaşvilinin ekstradisiyasını tələb etdi


Hurriyyet.az xəbər verir ki, Ukraynanın Xarici İşlər Nazirliyi Gürcüstanda həbsdə saxlanılan Ukrayna vətəndaşı Mixail Saakaşviliyə qarşı qeyri-insani davranışa qarşı etirazını bildirib.

XİN-in açıqlamasında deyilir: “Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini təhqir etməyi dərhal dayandırmağa və onu Ukraynaya verməyə çağırırıq. Siyasi intiqam almaq xatirinə insan həyatı ilə oynamayın”.

Dünən məhkəmə iclasında çıxış edən Mixail Saakaşvili köynəyini qaldıraraq nə qədər çox arıqladığını göstərib. Vəkilləri onun ciddi xəstələndiyini və xaricdə müalicəyə ehtiyacı olduğunu bildirirlər.



Oxşar Xəbərlər

Xəbər lenti