SON DƏQİQƏ! Rusiyaya BÖYÜK ŞOK - İtkilərin sayı 135 mini keçdi


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Sozcu.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 135 740 hərbçisini zərərsizləşdirib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 258 tank, 6 471 zirehli maşın, 2 251 artilleriya sistemi, 463 reaktiv yaylım atəşi sistemi, 233 hava hücumundan müdafiə sistemi, 295 təyyarə, 286 helikopter, 1 970 PUA, 796 qanadlı raket, 18 gəmi/qayıq, 5 126 avtomobil texnikası və avtosistern, 211 xüsusi texnikası sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}