Türkiyədən sonra bu ölkədə gücü zəlzələ ola bilər - 8,5 bal gücündə


Yunanıstanın iki alimi seysmik aktivliyin tarixini qiymətləndirərək, yaxın vaxtlarda ölkəni Rixter şkalası üzrə 8,5 maqnitudada zəlzələnin gözlədiyini bildiriblər.

Bu barədə Sozcu.info xarici mətbuata istinadən xəbər verir.

Professorlar Konstantinos Sinolakis və Kostas Papazakos Türkiyə və Suriyada baş verən silsilə zəlzələlərin şəraitini araşdırıblar. Yerli MEGA telekanalının efirində Sinolakis bildirib ki, Yunanıstanı da güclü seysmik aktivlik gözləyə bilər.

O, Yunanıstanda güclü zəlzələlərin hər 600 ildə bir dəfə baş verdiyinə diqqət çəkib.

“Kritdə sonuncu güclü zəlzələ 1403-cü ildə baş verib və mənim hesablamalarıma görə, belə zəlzələlər hər 600-800 ildən bir baş verir. Biz artıq Rixter şkalası üzrə təxminən 8,5 maqnitudada zəlzələnin astanasındayıq”, - Sinolakis bildirib.

Alimin sözlərini onun həmkarı, Salonikidəki Aristotel Universitetinin seysmologiya professoru Kostas Papazakos da təsdiqləyib. O, Yunanıstanda baş verən zəlzələlərin dövriliyini də vurğulasa da, bildirib ki, növbəti fəlakətin dəqiq vaxtını proqnozlaşdırmaq mümkün deyil.

Hər iki alim razılaşıb ki, onların proqnozları gələcəkdə xəbər vermə kimi qəbul edilməməlidir. Daha doğrusu, bu, əhalini mümkün problemlərə hazırlamağa vaxt tapması üçün hakimiyyətin diqqət etməli olduğu xəbərdarlıqdır.



Oxşar Xəbərlər

Xəbər lenti