Gürcüstanı çalxalayan qanun geri götürüldü



Sozcu.info “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Tbilisidəki kütləvi etirazlardan sonra Gürcüstan hakimiyyəti xarici agentlər barəsindəki qanunun parlamentdən geri çağrılmasını qərara alıb.

Bu barədə məlumat hakim “Gürcü arzusu” partiyası ilə xarici agentlər barəsində qanunun təəbüskarı olan “Xalqın gücü” ictimai hərəkatının birgə bəyanatında verilib.

Bəlli olduğu kimi, Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsi martın 7-də Gürcüstan parlamenti tərəfindən birinci oxunuşda qəbul edilmişdi.  Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilirdi.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etirazlar başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini və qanuna veto qoyacağını bildirib.

Hürr Tərcüman



Oxşar Xəbərlər

Xəbər lenti