11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
ABŞ bazasına hücum – ölən və yaralananlar var
Sozcu.info “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) martın23-də yerli vaxtla saat 13.30-da İrana məxsus bir kamikadze dron vasitəsi ilə Suriyanın Haseke vilayətindəki ABŞ hərbi bazasına hücum edildiyini, hücum nəticəsində bazanın 1 nəfər əməkdaşının öldüyünü, 1 nəfər əməkdaşının və 5 nəfər ABŞ hərbçisinin yaralandığını bəyan edib. Yaralı hərbçilərdən ikisinə hərbi bazada yardım edilib, digər 3 hərbçi və 1 nəfər əməkdaş müalicə edilmək üçün İraqda İŞİD-ə qarşı koalisiyaya məxsus tibb müəssisələrinə aparılıb.
Açıqlamada hücum edən PUA-nın İrana məxsus olduğu bildirilir.
ABŞ Müdafiə naziri Lloyd Ostinin bəyanatında deyilir: “Prezident Baydenin göstərişi ilə ABŞ Mərkəzi Komandanlığı qüvvələrinə İran İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqəli qrupların istifadə elədikləri bazalara hava hücumları edilməsi səlahiyyəti verdim. Bu hücum martın 23-də bizə edilən hücum ilə yanaşı, İİKK ilə əlaqədar qruplar tərəfindən Suriyadakı Koalisiya qüvvələrinə qarşı son dövrdə edilən bir sıra hücumlara cavab olaraq həyata keçirildi”.
Hürr Tərcüman