8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sudanda baş verən qarşıdurmalarda 97 nəfər həlak olub. Yeniavaz.com sudantribune.com-a istinadən xəbər verir ki, 942 nəfər yaralanıb.***09:13Sudanda ordu ilə xüsusi təyinatlıların (RRF) arasında toqquşmalar davam edir.Sozcu.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü silahlı toqquşmalarda indiyədək ən azı 83 nəfərin öldüyünü, 1126 nəfərin yaralandığını bildirib.Qeyd edək ki, Sudanda vəziyyət ordunun komandiri, eyni zamanda Suveren Şuraya (ölkənin idarəetmə orqanı) rəhbərlik edən Əbdülfəttah əl-Burhan ilə RRF komandiri Məhəmməd Həmdan Daqalo arasındakı fikir ayrılığı səbəbindən gərginləşib. İki silahlı qüvvə arasında aprelin 15-də Merovdakı hərbi baza yaxınlığında və Xartumda toqquşmalar baş verib. Toqquşmalar Sudanın paytaxtı və ən azı 7 ştatda qarşıdurmalara səbəb olub.Aprelin 16-da səhər saatlarında Sudan ordusu ölkədə vəziyyətin sabitləşdiyini bildirsə də, döyüşlər davam edir.Ölkə Silahlı Qüvvələrinin polkovniki Xalid Abdullah hərbçilər arasında itkilərin olduğunu təsdiqləsə də, onların hələ hesablanmadığını qeyd edib.Sudanın Səhiyyə Nazirliyi həkimləri yardım göstərmək üçün Xartumdakı xəstəxanalara gəlməyə çağırıb.Tərəflərdən hər biri digərini hücumda günahlandırır.