8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mayın 3-nə keçən gecə Kremldəki prezident iqamətgahına 2 PUA zərbə endirməyə cəhd edilib.
Rusiya prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, hücumda dövlət başçısı Vladimir Putin xəsarət almayıb, dronlar isə sıradan çıxarılıb.
“Bu gecə Kiyev rejimi Rusiya Federasiyası prezidentinin Kreml iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə cəhd edib. 2 pilotsuz uçuş aparatı Kremlə yönəlib. Hərbi və xüsusi xidmət orqanlarının radar döyüş sistemlərindən istifadə etməklə vaxtında gördüyü tədbirlər nəticəsində qurğular sıradan çıxarılıb.
Hadisə prezidentin iş qrafikinə təsir etməyib.
Kreml bu hərəkətləri “planlı terror aktı və Rusiya Federasiyası prezidentinin həyatına qəsd” kimi qiymətləndirib.
“Rusiya tərəfi lazım bildiyi yerdə və nə vaxt cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - məlumatda qeyd olunub.
Kreml divarlarına PUA hücumunu şərh edən politoloq Zərdüşt Əlizadə Yenisabah.az-a açıqlamasında deyib ki, Rusiya indiyə qədər nüvə silahından başqa əlindən gələn hər şeyi edib.
Onun sözlərinə görə, ruslar Ukraynanın dinc yaşayış məntəqələrini, şəhərləri, kəndləri, doğum evlərini, teatrları, uşaq bağçalarını, elektrik stansiyalarını, körpüləri - hər yeri vurmuşdu:
“Daha nə qalmışdı? Bir dənə nüvə silahından başqa hər şeydən istifadə edib.
Fərz edək ki, Kremlə qarşı həyata keçirilən PUA zərbəsindən sonra Rusiya Kiyevdəki Mariinskiy Sarayını (Prezident sarayı) hədəfə götürəcək. Kremlə hücumdan sonra yəqin ki, Volodimir Zelenski də təhlükəsizlik tədbirlərini görüb, başqa yerdə gizlənəcək”.
Analitik əmin edib ki, Kremlə edilən PUA hücumu o deməkdir ki, müharibənin şiddəti artır:
“Çünki Rusiyaya qarşı tətbiq edilən cəza tədbirlərinə görə ruslar şiddətlənirlər. Bunların hamısının təşəbbüskarı Rusiya oldu. Əgər onlar dinc şəhərləri bombalayırsa, bilməli idilər ki, onun da şəhərləri bombalanacaq”.