Bakıda bu küçədə hərəkət məhdudlaşdırılacaq

26 iyun saat 09:00-dan 27 iyun saat 20:00-dək  Bakı şəhəri, Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsində (Ziya Bünyadov prospektindən  “Qələbə dairəsi” istiqamətində ) tunelin (“Xutor tuneli”) yuyulması işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sozcu.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
“Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - məlumatda qeyd edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}