11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Sozcu.info “Milliyet” qəzetinə istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı MİT ölkədə İsrail, Rusiya və İran kəşfiyyatı ilə bağlı casus şəbəkələrini aşkar edib.
Xəbərdə Mossadın 7 agentinin həbs edildiyi, bu casusların hamısının Yaxın Şərq ölkələrindən gəldiyi bildirilir. Həbs edilənlərin İsrailin xarici kəşfiyyatına xidmət elədiklərini etiraf elədikləri deyilir.
Türkiyə mətbuatının yazdığına görə, şəbəkəyə Tel-Əvivdə çalışan 24 yaşlı gənc rəhbərlik edirmiş. Agentlərin adları məxfi saxlanılan əcnəbi vətəndaşları izlədikləri, telefonlara Mossadın izləmə proqramlarını və avtomobillərə gizli GPS ötürücüləri yerləşdirdikləri bildirilir.
Qeyd edilir ki, əks-kəşfiyyatın əməkdaşları İstanbul polisinin antiterror şöbəsi ilə birlikdə bir neçə ay ərzində şübhəliləri izləyiblər. Agentlər öz aralarında Almaniyada, İspaniyada, Malayziyada və başqa ölkələrdə qeydiyyatdan keçirilmiş birdəfəlik telefonlarla əlaqə saxlayıblar.