Gürcüstanın baş nazirinin müavini Saakaşvili ilə bağlı açıqlama verib


“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili tam həbs müddətini respublikada çəkməlidir”.

Bu sözləri jurnalistlərə Gürcüstanın baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani deyib.

“Saakaşvili həbs cəzasına məhkum edilib. Bu cəza suveren ölkəmizin qanunlarına uyğun olaraq həyata keçirilməlidir. Bizim məqsədimiz onun tam müddətdə cəza çəkməsidir”, - deyə Tsulukiani əlavə edib.

Baş nazirin müavini həmçinin qeyd edib ki, vaxt gələcək, Gürcüstan xalqı və hakimiyyət orqanları Ukrayna Prezidenti Volodimir Zelenskinin Saakaşvilinin səhhətini ilə əlaqədar Gürcüstan səfirini Kiyevdən göndərmək qərarına birgə qiymət verəcəklər.

Xatırladaq ki, bazar ertəsi M.Saakaşvili 2007-ci ildə baş tutan mitinqin dağıdılması işi üzrə Tbilisi Şəhər Məhkəməsinin iclasında videobağlantı vasitəsilə iştirak edib. Videoda eks-prezident çox arıq görünüb. Daha sonra V.Zelenski Xarici İşlər Nazirliyinə Ukrayna vətəndaşlığı olan Saakaşvili ilə bağlı məsləhətləşmələr aparmaq üçün Gürcüstan səfirinə 48 saat ərzində ölkəni tərk etməsi barədə göstəriş verməyi tapşırıb. Gürcüstan XİN Kiyevin qərarını diplomatik münasibətlərin kəskinləşməsinin, eləcə də suveren dövlətin daxili işlərinə müdaxilənin ifrat forması adlandırıb.

Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq üç və altı il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır. Gürcüstan hakimiyyətinin fikrincə, Saakaşvili həbsdən çıxmaq üçün səhhətinin ağır olduğunu iddia edir.

Mənbə: TASS



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}