“Ukrayna ordusuna ABŞ generalı rəhbərlik edəcək”


Sozcu.info xəbər verir ki, “Nyu York Tayms” nəşri Kiyev və Vaşinqtondakı mənbələrə əsasən Ukrayna ilə ABŞ arasında müharibə strategiyaları barəsində müzakirələrdən yazıb. Nəşrə məlumat verən mənbələrin sözləinə görə, Ukrayna Silahlı Qüvvələri arzuolunan nəticələrə nail ola bilmədiyinə görə, hərbçilər yeni strategiya axtarışındadırlar və Pentaqon Kiyevə Amerika generalı Antonio Aqutonu göndərməyi qərara alıb. Hazırda Ukraynanın dəstəklənməsinə Almaniyadan rəhbərlik edən generalın 2024-cü ildən Ukraynanın yerlərdə hərbi rəhbərliklə işləməsi planlaşdırılır. Ukrayna və ABŞ zabitlərinin sözlərinə görə, Almaniyada Hərbi Oyunların keçirildiyi dövrdə komandanlıq yeni strategiyanın detalları üzərində işləyəcək.

Nəşr amerikalıların müdafiə strategiyasında təkid elədiklərini yazır – bu strategiya ərazilərin qorunması və 2024-cü il ərzində ehtiyatın və qüvvələrin artırılmasını nəzərdə tutur. Ukrayna isə quru yolları və uzaqvuran silahlarla daha çox hücuma keçmək niyyətindədir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}