Qəzzada təcavüz qurbanlarının sayı 29,6 mini keçdi

Ötən il oktyabrın əvvəlindən indiyədək İsrail ordusunun Fələstinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 29,6 mindən çox insan həlak olub.
Sozcu.info “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı bu gün 29 606 nəfərə çatıb”, - məlumatda bildirilib.
Nazirliyin məlumatına görə, sektorda gərginliyin kəskin artdığı gündən bu günə kimi 69 737 nəfər yaralanıb.
Təkcə son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 92 fələstinli ölüb, 123 fələstinli isə yaralanıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}