"Dostluğa kobud şəkildə ziddir" - Gürcüstan Ukraynanı İTTİHAM ETDİ


"Gürcüstan hökuməti Ukrayna hakimiyyətinin gürcü xalqına qarşı yönəlmiş qeyri-dost hərəkətlərindən narahat olduğunu bildirib. 

Sozcu.info xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin saytında dərc olunmuş məlumatda deyilir.

Sənədin mətnində bildirilir ki, Gürcüstan iki il ərzində Ukrayna dövləti və xalqı ilə həmrəylik ifadə edib, həmçinin Rusiyanın hərbi təcavüzünü pisləyib, o cümlədən Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək üçün müxtəlif platformaların 600-dən çox qərarına qoşulub.

Gürcüstan Nazirlər Kabineti qeyd edib ki, bu fonda rəsmi Kiyevin Ukrayna və gürcü xalqları arasında dostluğa kobud şəkildə zidd olan qərarları təəssüf və narahatlıq doğurur.

Gürcüstan hökuməti xatırladıb ki, bu yaxınlarda vətənində bir sıra cinayət işlərinə görə qiyabi məhkum olunmuş Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvili Almaniya və Belçikada yüksək səviyyəli görüşlər keçirmiş Ukrayna nümayəndə heyətinin tərkibində olub. Bundan əlavə, 2022-ci il martın 1-də Kiyev Gürcüstanın anti-Rusiya sanksiyalarına qoşulmaqdan və Ukraynaya könüllülər göndərməkdən imtina etdiyinə görə Tbilisidəki səfirini geri çağırıb.

Tbilisi həmçinin Kiyevi həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı qərəzli fikirlərə və bu məsələ ilə bağlı 2023-cü il iyulun 3-də Gürcüstan səfirini ölkədən çıxardığına görə ittiham edir.

sfera.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}