Gürcülər sürətlə ölkəni tərk edir - ŞOK rəqəm


"Son 10 ildə 800 min insan Gürcüstanı tərk edib".

Bunu "Aqmaşenebeli Strategiya" müxalifət partiyasının lideri Paata Mancqaladze bildirib.

Onun sözlərinə görə, ölkədəki vəziyyət vətəndaşları bu addımı atmağa vadar edir.

Müxalifət partiyasının lideri ölkə vətəndaşlarının kütləvi şəkildə xaricə getməsinin səbəblərini açıqlayıb. Bildirilib ki, onların hamısı işsizlik və yoxsulluq səbəbindən başqa ölkələrə mühacirət edirlər.

"Hər birimizin ətrafında bir ailə var ki, bir üzvü xaricdədir. Son on ildə 800 minə qədər Gürcüstan vətəndaşı ölkəni tərk edib. Həmçinin 7 minə yaxın insan polis sıralarını tərk edib ki, onların da çoxu ailə başçısıdır, çətin sosial vəziyyətə görə mühacirətə gedib", - deyə o qeyd edib.

Partiya lideri xüsusilə, Kutaisidəki patrul polisinin bütün tağımının Amerikaya mühacirət etdiyini vurğulayıb. (Publika.az)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}