Gəncədə evə maskalı basqın

 

Mingəçevir şəhərindən Gəncəyə işləmək məqsədi ilə gələn 1998-ci il təvəllüdlü Əbruz Asəf oğlu Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin silahlı basqın etməsi barədə "102" xidmətinə zəng edib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan virtualaz.org-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri - 1997-ci il təvəllüdlü Elxan Bayram oğlu Yaqubov və 1991-ci il təvəllüdlü Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar.

Polis əməkdaşlarının zərərsizləşdirkləri soyğunçuların üzərinə baxış keçirilən zaman onlardan 1 ədəd "Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı müəyyən olunub ki, A.Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb və hazırda Bakı şəhəri Binəqədi RPİ-də dələduzluq etdiyinə görə istintaqa cəlb olunub.

Qeyd edək ki, soyğun zamanı onların götürdükləri 1 ədəd mobil telefon və 1 ədəd gümüş üzük istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti