Pakistanda dəhşətli terror aktı - Çox sayda ölən var


Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində ən azı 21 nəfər ölüb, 30 nəfər yaralanıb.. Yerli media və polisin verdiyi məlumata görə, partlayış ekspress qatarın Peşavara yola düşmək üzrə olduğu anda baş verib.

Pakistan polisi terror aktının səbəblərini araşdırır və hadisə ilə bağlı təhqiqat aparır. . Partlayışla əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Zərərçəkmiş şəxslər şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanaya əlavə həkim və yardımçı heyət cəlb edilib.

Kvettada fövqəladə vəziyyət elan edilib.

Allah həyatını itirənlərə rəhmət eləsin!



Oxşar Xəbərlər

Xəbər lenti