“Ukrayna danışıqları aprel-may aylarında başlayacaq” - “Ərdoğan vasitəçi kimi çıxış edə bilər”


Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aprel-may aylarında başlaya bilər.

Sozcu.info  xəbər verir ki, tanınmış jurnalist Əbdülkadir Selvinin Türkiyənin “Hürriyət” qəzetində dərc edilən məqaləsində belə deyilir.

Türkiyə hakimiyyət dairələri ilə sıx əlaqəsi olan Selvinin yazdığına görə, danışıqlar başlamazdan əvvəl Donald Tramp və Vladimir Putin arasında görüş keçiriləcək. Həmin görüşdən sonra və aparılacaq geniş danışıqlardan əvvəl atəşkəs elan olunacaq: “Birinci atəşkəs elan olunacaq. Bundan sonra sülh danışıqları başlayacaq. Danışıqlar prosesində Türkiyə müəyyən missiyanı öz üzərinə götürə bilər və prezident Rəcəb Tayyib Ərdoğan həm Putin, həm də Zelenski ilə ünsiyyət qura bilən yeganə lider olduğu üçün vasitəçi rolunu oynaya bilər. İndi Tramp da onlara qoşulub”.

O xatırladır ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar 2022-ci ildə İstanbulda aparılıb. Selvi yazır: “Ancaq ABŞ və İngiltərə müharibə istədikləri üçün o zaman heç bir razılaşma əldə oluna bilmədi. İndi sülh istəyən Tramp və Putin var. Amerikanın dəstəyini itirən Zelenskinin isə danışıqlar masasından qaçmaq şansı yoxdur”.

Xatırladaq ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ötən həftə Ukraynadakı münaqişənin dönüş nöqtəsinə yaxınlaşdığını və Ankaranın onun həlli üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

“AzPolitika.info”



Oxşar Xəbərlər

Xəbər lenti