Tiflisdə Azərbaycan Dram Teatrı bərbad vəziyyətdədir-Foto

Tiflisdə Azərbaycan Dram Teatrı bərbad vəziyyətdədir-Foto

 

Bəzi aktyorlar rayonlardan Tiflisə gəlməyə əziyyət çəkirlər

Çox təəsüflər olsun ki, Tiflisdə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Azərbaycan Dram Teatrı bərbad vəziyyətdədir. Öz vaxtında Türk və İslam Dünyasının teatr mədəniyyətinin inkişafında mühüm rol oynayan bu tarixi binanın bərpasına bu gün də laqeyd yanaşılır. Hamımıza məlumdur ki, dahi aktyorumuz Hüseyn Ərəblinsikinin Tiflis Azərbaycan Dram Teatrı ilə bağlılığı olub. Bu gün isə aktyorların aylıq maaşları Gürcüstan tərəfindən ödənilsə də, həmin maaş bir neçə aktyorun ancaq rayonlardan Tiflisə gəlmələrinə bəs edir. Truppa problemlərinin həlli üçün bu yaxınlarda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etməyə hazırlaşır. "Yeni Sözçü" qəzetin müsahibi teatrın aktyorlarından biri olan Aslan Qaraçöplüdür.

- Aslan bəy neçə vaxtdır Tiflis Dövlət Azərbaycan Teatrında aktyorsunuz? Aktyor truppasında neçə nəfər vardır və maaşları nə qədərdir?

- Tiflis teatırı açılan qünündən, yəni 2004 cü ildən bu teatrda işləyirəm. Düzdür arada 2 il Bakıda İrəvan Dövlət Teatırında aktyor kimi işləmişəm, lakin sonradan yenidən doğma teatra Tiflisə qayıtdım və bu qün də həmin teatrda fəaliyyət qöstərirəm. Bizim aktyor trupası 11 nəfərdən ibarətdir. Bunlardan 4 nəfəri qız, 7 oğlandır. Aktyorların maaşı 70-120 dolar arasındadır. Maaşlarımızı Gürcüstan dövləti ödəyir.

- Eşitdiyimə görə, Azərbaycanın Tiflisdəki Səfirliyi və SOCAR tərəfindən binanın təmiri və aktyorların problemlərinin həlli üçün diqqət yetirilir.

- SOCAR tərəfindən aktyorlara məncə heç bir maddi yardım göstərilmir. Göstərilsəydi mütləq xəbərim olardi. Bəli, SOCAR dörd beş il bundan əvvəl teatr üçün kondisioner və bir neçə qızdırıcı plita hədiyyə edib vəssalam. Keçən il Azərbaycanın Mədəniyət Nazirliyi teatrmıza maddi dəstək verərək büdcəmizə bir qədər pul köçürmüşdür, o pul da aktyorlarmizı 2-3 ay dolandıra bildi. Sonradan bizə dedilər ki, artıq Azarbaycan tərəfindən pul köçürülmür və yardım dayandı. Bizim bəzi aktyorlarmız var rayonlarda yaşayırlar və sizi inandırım ki, aldıqları maaş ancaq yol pulunu ödəməyə bəs edir.

- Aslan bəy, dahi ictimai xadimlərimiz təkrarolunmaz şəxsiyyətlərimiz Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin, Məhəmməd ağa Şahtaxtinskinin, professor Əziz Şərifin, dahi aktyorumuz Ərəblinsikinin Tiflis Azərbaycan Dram Teatrı ilə bağlılığı olub. Faktdır ki, Azərbaycan teatr mədəniyyətinin inkişafında bu teatrın rolu olub. Bu gün isə bu tarixi bina bərbad vəziyyətdədir. Halbuki Tiflisdə Havlabar məhəlləsindəki erməni teatrı günü gündən inkişaf edir.

- Binamızın 140 ildən artıq yaşı var və bu müddətdə bir dəfə də olsa təmir olunmayıb. Heç bir şəraitmiz yoxdur. Boyuk salonumuzda elementar tamaşaçı stulları və səhnə belə yoxdur. Truppamız məcbur olaraq başqa teatrlardan səhnəni kirayə qotürub tamaşalar qoyur. Teatr açılan qündən bu binanın təmiri haqqında müxtəlif instansiyalarda muzakirələr qedir, amma çox təəsüfki hələ heç bir müsbət addım atılmayıb. Bəli Tiflisdəki erməni teatrı bizdən fərqli olaraq hər iki dövlətdən dəstək alır və binaları da qözəl təmir olunub. Ən azından öz tamaşaçılarnı öz teatrlarna dəvət edə bilirlər. Mən isə öz oynadığım tamaşama dostlarmı dəvət etməkdən UTANIRAM. Tiflis Azərbaycan Dram Teatrının aktyorları olaraq biz bu yaxınlarda Azərbaycan Respublikası prezidenti möhtərəm İlham Əliyevə və vitse-prezident möhtərəm Mehriban xanım Əliyevaya məktub ünvanlamağa hazırlaşırıq. İnanırıq ki, problemlərimiz həll olunacaqdır.

Niyazi Hüseynov,

"Yeni Sözçü" qəzeti

 

Tiflisdə Azərbaycan Dram Teatrı bərbad vəziyyətdədir-Foto

 


 



Oxşar Xəbərlər

Xəbər lenti