8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Dost və qardaş türk respublikalarının ortaq dil, ortaq tarix, ortaq mədəniyyətindən güc alan Türk Şurası Avrasiya coğrafiyasında sülhün, sabitliyin və rifahın bərqərar olunmasında önəmli rol oynayır”.
Sozcu.info -a bu açıqlama Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verilib.
Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) qurulmasına dair Naxçıvan müqaviləsinin 10-cu ildönümü ilə əlaqdar Türkiyə XİN-dən verilən bu açıqlamada qeyd olunub ki, 3 oktyabr 2009-cu ildə Azərbaycan, Qazaxıstan və Qırgızıstan arasında imzalanan bu anlaşmanın ildönümü hər il Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının qurulması günü olaraq qeyd edilir.
Açıqlamada bildirilib ki, 10-cu ildönümü qeyd edilən bu əlamətdar gün 15 oktyabrda Bakıda keçiriləcək: "Türk Şurasının 7-ci Zirvə toplantısını Özbəkistanın da tam üzv olaraq qatılmasıyla və Türk Şurasının Avropadakı nümayəndəliyinin fəaliyyətə başlaması ilə qeyd edəcəyik.
Geridə qalan 10 illik müddət ərzində Türk Şurasının təşkilatlanması yönündə önəmli addımlar atılıb. Bundan başqa şura ilə əməkdaşlıq edən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Kültür və Miras Vəqfi, Türk İş Şurası və Türk Şurası Ortaq Ticarət və Sənaye Palatası vasitəsilə üzv ölkələr arasındakı əlaqələr daha da genişlənməkdədir”.