Özbəkistanın Xivə şəhəri 2020-ci ildə Türk dünyasının mədəni paytaxtı elan edilib

Özbəkistanın Xivə şəhəri 2020-ci ildə Türk dünyasının mədəni paytaxtı elan edilib

 

TÜRKSOY təşkilatının mətbuat xidmətindən verilən məlumata görə 2020-ci il Özbəkistan Respublikasının tarixi şəhərlərindən olan Xivə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu günlər TÜRKSOY-un baş katibi Düsen Kaseinovun Daşkəndə səfəri etmiş və Mədəniyyət naziri Bəxtiyar Sayfullayevlə görüşü zamanı TÜRKSOY ilə Özbəkistan arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Elə həmin görüşdə Özbəkistanın Xivə şəhərinin 2020-ci ildə Türk dünyasının mədəni paytaxtı olacağı elan edilib. Düsen Kaseinov Özbəkistan Prezidenti Şavkat Mirziyəyevin Türkdilli dövlət rəhbərlərinin zirvə görüşündəki cıxışını, TÜRKSOY təşkilatı ilə Mədəniyyət Nazirliyi arasında münasibətlərin inkişafının dönüş nöqtəsi olduğunu və dövlət rəhbərinin respublikanın ən qədim, tarixi şəhərlərindən olan Xivə şəhərinin 2020-ci ildə türk dünyasının mədəni paytaxtı elan edilməsi təklifinin dəstəkləndiyini bildirmişdir. Qrum rəhbəri, 2012-ci ildən başlayaraq hər il türkdilli ölkələrin şəhərlərindən birini türk mədəniyyətinin paytaxtı elan edildiyini qeyd etmişdi. Xatırladaq ki, ötən il Türkiyənin Kastamoni şəhərində TÜRKSOY-a üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin Daimi Şurasının XXXVI toplantısında, 2019-cu il Qırğızıstan Respublikasının Oş şəhərinin, türk dünyasının mədəni paytaxtı statusuna layiq görülməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. 2010-cu ildə TÜRKSOY tərəfindən irəli sürülmüş "türk dünyasının mədəni paytaxtı" statusu ilk dəfə 2012-ci ildə Astanaya verilib.

A.Məmmədli,

"Yeni Sözcü”



Oxşar Xəbərlər

Xəbər lenti