Erməni mütəxəssis İrəvanı sirləri açacağı ilə HƏDƏLƏDİ

Erməni mütəxəssis İrəvanı sirləri açacağı ilə HƏDƏLƏDİ

 

Metsamor AES-in işdən azad olunan mütəxəssisi mətbuata ilginc acıqlamalar verib.

Sozcu.info  axar.az-a istinadən bildirir ki, Metsamor AES-in bir müddət əvvəl işdən azad olunan mütəxəssisi Hovakimyan Aleksandr Qriqori mətbuata açıqlamasında əvvəllər Ermənistanın Müdafiə Nazirliyinin əks kəşfiyyat şöbəsində işləyərkən AES barədə ictimaiyyətdən gizli saxlanılan bir çox məlumatlara sahib olduğunu və işdən də məhz bu səbəbdən çıxarıldığını bildirib.
 
O, Ermənistan hakimiyyətinin stansiyanın istismarını dayandırmayacağı təqdirdə AES barədə malik olduğu bütün məlumatları dünya ictimaiyyətinə açıqlayacağını bəyan edib.
 
Ermənistan mətbuatı qeyd edir ki, Aleksandr Hovakimyana Ermənistan Apelyasiya Məhkəməsinin hakimi, əvvəllər onunla birgə Müdafiə Nazirliyinin əks-kəşfiyyat şöbəsində işləmiş Levon Vağarşaki Qriqoryan adlı tanışı himayədarlıq edir.



Oxşar Xəbərlər

Xəbər lenti