Səfər ayı iyulun 15-də başlayacaq
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Prezident onlara qonaq getdi -
Fotolar
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
AZƏRBAYCAN KTMT-də İŞTİRAKA CƏLB OLUNUR? –
“Əgər belə bir müraciət olubsa...”
İyulun 1-də Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclası olub və qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin.
Rusiya Dövlət Dumasının spikeri
Vyaçeslav Volodinin
sözlərinə görə, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər.
Volodinin növbəti cümləsi də maraqlıdır:
“Bloka üzv ölkələrin prinsiplərini bölüşən ölkələrlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi təmil ediləcək”.
Volodin daha sonra KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlərin maraq göstərdiyini bildirib. Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə konkret iki ölkənin adını çəkib:
“Azərbaycan və Pakistan”
. Leonid Kalaşnikovun sözlərinə görə, Azərbaycan və Pakistan KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər.
Politoloq Elxan Şahinoğlu
hesab edir ki, Azərbaycan rəsmilərinin bu məsələyə aydınlıq gətirməsinə ehtiyac var.
“Həqiqətənmi rəsmi Bakı Azərbaycanın KTMT-də müşahidəçi statusu almasını istəyir və bununla əlaqədar olaraq təşkilata müraciət edib? Əgər belə bir müraciət olubsa, bunun hansı zərurətdən yarandığı izah edilməlidir”
, - deyə ekspert vurğulayıb.
Politoloq Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmasının əleyhinəyə olduğunu da bildirib:
“KTMT Rusiyanın yaratdığı amorf bir qurumdur. Bəli, KTMT Azərbaycanla Ermənistan arasındakı müharibəyə qarışmadı, qarışa da bilməzdi, çünki müharibə Azərbaycan ərazisində gedirdi, təşkilatın Ermənistanı müdafiə etməsi üçün heç bir əsası yox idi. Digər tərəfdən, Rusiyanı və Ermənistanı çıxmaq şərtilə, təşkilatın digər üzvləri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verirlər. Rusiyadan son illər silah və hərbi texnika da almırıq ki, KTMT-nin üstünlüklərindən istifadə edək. Rusiya ərazimizə atılan “İsgəndər–M” raketlərinin izahını da vermədi. Bütün bunlar varkən, təşkilata müşahidəçi statusuyla niyə qatılaq ki? Türkiyə ilə imzalanan “Şuşa bəyannaməsi” də Azərbaycanın KTMT-dən məsafə saxlamasını diqtə edir. Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılması Rusiyaya lazımdır ki, bizi öz orbiti ətrafında saxlaya bilsin. Bizə bu lazımdırmı?”
E.Şahinoğlu qeyd edib ki, Azərbaycan hakimiyyəti içərisində KTMT-yə yaxınlaşmaq siyasətini dəstəkləyənlərin olduğunu istisna etmir. O, həmin şəxslərdən biri ilə iki il əvvəl həftələrcə qiyabi polemika apardığını xatırladıb:
“O, dayanmadan deyirdi ki, “Azərbaycan KTMT-yə üzv ola bilər”,
mən isə əksini əsaslandırırdım. Bundan bir neçə ay sonra aramızdakı polemikaya Prezident İlham Əliyev beynəlxalq tədbirlərdən birində rusiyalı jurnalistin mövzuyla bağlı sualına cavab verərkən nöqtə qoydu: “Azərbaycanın hərbi bloklara qoşulmaq planı yoxdur”. İnanmaq istərdim ki, bu plan dəyişməyib”.
Siyasi təhlilçi Şahin Cəfərli
isə bildirir ki, prinsipcə, qeyri-adi heç nə baş vermir:
“10 noyabr bəyanatının imzalandığı gün yazmışdıq ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və ODKB-yə qoşulması məsələsini qaldıracaq. Bu sənəd, eləcə də onun davamı olan 11 yanvar 2021-ci il tarixli razılaşma həm də Azərbaycanın Avrasiya inteqrasiya layihələrinə qoşulmasının bir növ, yol xəritəsidir. Təbii ki, tamhüquqlu üzvlük ilk mərhələdə qeyri-mümkündür, çünki hələlik Ermənisanla probemlər çözülməyib, ona görə də “müşahidəçi”, “tərəfdaş” kimi aralıq statuslar gündəmə gətirilir. Kommunikasiyalar açıldıqdan, nəqliyyat əlaqələri bərpa edildikdən (Zəngəzur yolu da daxil olmaqla), sərhəd ixtilafı çözüldükdən və iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Ermənistanla eyni hərbi ittifaqda, vahid iqtisadi məkanda təmsil olunmağın önündəki əngəllər qalxmış olacaq”.
Ekspertin fikrincə, bütün bunlar Prezident Putinin 2016-cı ildə irəli sürdüyü Böyük Avrasiya Tərəfdaşlığı təşəbbüsünün tərkib hissəsidir. Onun sözlərinə görə, Rusiyanın ötən il Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olmamasının təməl səbəbi də budur:
“Moskva konflikti dondurulmuş, bölgəni inteqrasiyaya qapalı “boz ərazi” statusunda saxlamağın artıq onun maraqlarına zərər verməyə başladığının fərqinə vararaq böyük düşünməyə başladı və konflikt yaradıb donduran “oyun pozucu” rolundan “oyun qurucu” roluna keçid etdi”.
Ş.Cəfərli bildirir ki, hazırda Avrasiya İqtisadi İttifaqının bazasında təkcə postsovet məkanını əhatə etməyən daha geniş inteqrasiya modeli formalaşdırılmasına start verilib:
“İranın, Pakistanın, Çinin, Hindistanın da burada iştirakı nəzərdə tutulur. Moskva ümidlidir ki, Türkiyə də bu inteqrativ proseslərə qoşula bilər, Ankaranın Qarabağ məsələsinin həllinə qismən cəlb olunması da bununla əlaqədardır.
Britaniyanın bu prosesi (Avrasiya inteqrasiyasını) dəstəklədiyinə dair fikirlərin əsası yoxdur. Əksinə, anqlo-sakson ittifaqı və onların liderliyindəki NATO-nun Əfqanıstandan çəkilməsi Çin və Rusiya ətrafında qeyri-sabitlik və xaos zolağı yaratma, onlar üçün maliyətləri artırma (oyun pozucu) niyyətinə xidmət edir”.
Siyasi təhlilci hesab edir ki, bu prosesin bizim üçün müsbət tərəfi odur ki, Rusiya işğaldakı ərazilərin böyük hissəsini geri qaytarmağımıza şərait yaratdı:
“Xankəndi və çevrəsini isə girov kimi əlində saxlayır ki, birdən tərəflərdən biri cızılan çərçivənin xaricinə çıxmaq istəsə, ona qarşı istifadə etsin. İstisna deyil ki, dünənki atəşkəs pozuntusu siyasi xarakter daşıyır və Bakıya xəbərdarlıq, yaxud xatırlatma məqsədli siqnaldır”.
Prosesin mənfi tərəfinə gəldikdə, ekspert qeyd edib ki, Azərbaycanın yenidən Moskvanın orbitinə qayıtması təhlükəsi yaranıb:
“Çin totalitarizmi və Rusiya avtokratiya modelinin hegemon olduğu Avrasiya coğrafiyası və dəyərlər sisteminə inteqrasiya o deməkdir ki, nə vaxtsa ölkəmizdə hüquq və azadlıqlara əsaslanan demokratik sistem qurmaq əvvəlkindən daha çətin bir vəzifəyə çevrilə bilər”.
Oxşar Xəbərlər
Prezident Rusiya Dövlət Dumasının nümayəndələrini qəbul etdi
"Münaqişə Dağlıq Qarabağ ərazisində gedir, Ermənistan ərazisinə keçməyib"
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib –FOTO
Paşinyan KTMT sammitində belə biabır oldu
Xəbər lenti
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
Növbəti 3 günlə bağlı
Xəbərlər
Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dəhşətli təyyarə qəzası: ölənlər var
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
PRİZMA
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bu ərazilərdə işıq olmayacaq
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
Növbəti 3 günlə bağlı
Xəbərlər
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?