Deputat cəmiyyəti cahillikdə ittiham etdi, tənqid hədəfinə çevirildi

“Deputat status etibarı ilə hakimiyyətin qanunverici qanadının təmsilçisidir. Yəni Konstitusiya ilə müəyyən olunan hüquq və vəzifələrin çərçivələrini bu status sahibləri müəyyən edir”.
Sozcu.info xəbər verir ki, bunu hüquqşünas Ələsgər Əhmədoğlu deyib. O, deputat Məlahət İbrahimqızının son açıqlamasını tənqid edib: “Müsahibəsində bir siyasətçinin etməməli olduğu xatalara yol verərək, həddini aşan ifadələrdən istifadə edib, cəmiyyəti bütünlüklə cahillikdə qınayıb. 
Ayrıca Konstitusiya ilə müəyyən olunan hüquq və azadlıqları yox sayan, təmsil etdiyi qanunverici orqanın səlahiyyət çərçivəsini aşan ifadələr işlədib: 
"Vaksin olunmaqdan birbaşa imtina edən şəxslər ev həbsində qalmalıdır və onları iş yerlərinə də buraxmaq olmaz. Dünyada, ölkəmizdə bu xəstəliyin kökü kəsilənə qədər vaksin olunmaq istəməyənlər ev dustaqlığından buraxılmamalıdır”. 
63 yaşlı bu siyasətçi xanım 21 ildir parlamentdə cahil dediyi toplumun təmsilçisi misyasını icra edir”.


Oxşar Xəbərlər

Xəbər lenti