Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
Azərbaycanda süd məhsulları BAHALAŞIR? -
SƏBƏB
TƏCİLİ: İranda DƏHŞƏT YAŞANDI -
Ölən və yaralanan var
Azərbaycanda bu avtomobillər BAHALAŞDI
Ceyhun Bayramov həmkarı ilə ikitərəfli münasibətləri müzakirə etdi
Kraldan Trampa qəribə
XƏBƏRDARLIQ
Verilişi Zaur yox, xanəndə aparacaq
SON DƏQİQƏ!
Azərbaycan nefti bu qədər BAHALAŞDI
Bakıda makler həbs edildi - Yarım milyonluq fırıldaq -
FOTO
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ:
Rusiya hökuməti yeni qərar verdi
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
“Qaçqınkom”un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş
Əvvəlki
Sonrakı
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
Dünən, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Rusiya da Zəngəzur dəhlizinə qarşı çıxır? - Ərdoğanın görüş şərti Moskvanı hərəkətə gətirdi
“Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin danışıqlarında dəhliz məsələsi müzakirə olunmayıb”. Sozcu.info xəbər verir ki, bunu “Azadlıq” radiosuna Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Bizdə dəhlizlər yoxdur. Biz dəhliz məsələlərini müzakirə etmirik. Cənubi Qafqazda iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması müzakirə olunur. Tərələr fikir mübadiləsi edirlər. Danışıqlar pozitiv axarda keçir”,- deyə Overçuk vurğulayıb.
Xatırladaq ki, doqquz aydır Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mğer Qriqoryan və Aleksey Overçukdan ibarət işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupun fəaliyyətindən məqsəd Cənubi Qafqaz regionunda kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasıdır.
Son aylarda Azərbaycan və Türkiyə prezidentləri Naxçıvanı ölkənin digər əraziləri ilə birləşdirəcək dəhlizin açılması zərurəti barədə bəyanatlar verirlər.
Azərbaycan prezidenti İlham Əliyev ötən ay “CNN Türk” kanalına verdiyi müsahibədə sülh müqaviləsinin imzalanmasını Zəngəzur dəhliz inin açılması ilə əlaqələndirmişdi.
Sentyabrın 19-da Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan onunla görüşmək istədiyini bildirib.Ərdoğan bəyan edib ki, bu görüş Ermənistanın Zəngəzur dəhlizi məsələsində atacağı qətiyyətli addımlardan sonra mümkün ola bilər.
Nikol Paşinyan isə dəfələrlə bidlirib ki, dəhliz məsələsi müzakirə olunmur: “Biz kommunikasiyaların açılmasında çox maraqlıyıq, çünki bunda Ermənistanın blokadanı aradan qaldırması imkanınını görürük. Təəssüf ki, biz 25 ildir belə bir blokadadyıq. Ümid edirik ki, nəticədə biz konkret həll yollarına gəlib çıxacağıq”.
Sentyabrın 20-də erməni tərəfinin dəhliz məsələsinə münasibəti barədə baş nazirin müavini Mğer Qriqoryan da danışıb. Jurnalistlərlə söhbəti zamanı Qriqoryan dəhliz məsələsi müzakirə olunurmu” sualına, “əlbəttə yox” cavabı verib: “Mən hesab edirəm ki, biz bütün hallarda danışmalıyıq, vəziyyəti stabilləşdirən və regiona sülh gətirən bütün imkanlardan istifadə etməliyik. Regionda infrastruktura gəlincə isə demək istərdim ki, gözə çarpan dəmir yollarıdır. Yəni söhbət vaxtilə mövcud olmuş infrastrukturun bərpasından gedir. Bu mənada burada texniki həllər gözə dəyir. Biz diqqətmizi sərhəd, gömrük, fitosanitar nəzarət kimi yoxlama funksiyalarının hüquqi həllinə yönəltmişik.”
Bu arada İrəvanda keçirilən “Armenian Business Forum” tədbirində iqtisadiyyat naziri Vaan Kerobyan maraqlı bəyanat verib. O deyib ki, Azərbaycan və Türkiyə tərəfindən Ermənistanın blokadasının açılması elə ilk iki ildə Ermənistan iqtisadiyyatının 30 faizlik artımını təmin edə bilər.
Siyasi təhlilçi Şahin Cəfərli isə “AzPolitika.info”-ya bildirib ki, Moskvada qəbul edilmiş 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanat 10 noyabr sənədinin 9-cu maddəsinin icrasına yönəlib.
“Orada baş nazirlərin müavinlərindən ibarət işçi qrupun yaradılması razılaşdırılıb və prioritet məsələ kimi bölgədə avtomobil və dəmir yollarının açılması qeyd olunub”-, deyə ekspert qeyd edib.
Ş. Cəfərli xatırladır ki, indiyədək Azərbaycan dəhliz məsələsini sürəkli gündəmə gətirib, Prezident İlham Əliyevin demək olar ki, bütün çıxışlarında Zəngəzur dəhlizi vurğusuna rast gəlmək olar: “Ermənistan hökuməti və şəxsən Nikol Paşinyan isə öz növbəsində hər hansı dəhlizdən söhbət getmədiyini, belə bir dəhlizin yaradılmasına razı olmayacaqlarını dəfələrlə bildirib. Amma indiyədək Rusiya bu “söz dueli”nə rəsmi münasibət bildirməmişdi. Hətta güman olunurdu ki, Zəngəzurdan keçəcək yolun dəhliz statusunda olması Rusiyanın da marağındadır və Bakı həm də bu səbəbdən Ermənistanı sıxışdırıb, basqı altına alır. Çünki koridor statusu o demək olacaq ki, həmin ərazidə Ermənistan hökumətinin nəzarət, müdaxilə imkanları olmayacaq. Yəni dəhlizdə Ermənistanın qanunları işləməyəcək, orada gediş-gəliş rejimi yalnız Rusiya tərəfindən müəyyən olunaraq tənzimlənəcək. Bu isə bölgədə bütün kommunikasiyaları bilavasitə öz nəzarətinə götürmək istəyən Moskva üçün sərfəlidir”.
Təhlilçi vurğulayır ki, Rusiya hazırkı mərhələdə dəqiqləşdirmə ehtiyacı hiss edərək bu mübahisəyə nöqtə qoymaq qərarına gəldi.
"Səbəb Türkiyə tərəfinin dəhliz polemikasına daxil olması və bu məsələyə müdaxiləsi ola bilər. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da BMT Baş Assambleyasının 76-cı sessiyasına və “Türk Evi”nin açılışına qatılmaq üçün Nyu-Yorka yola düşməzdən əvvəl keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın onunla görüşmək istədiyini deyib. Paşinyan bu istəyini Gürcüstanın baş naziri İrakli Qaribaşvili vasitəsilə Ankaraya çatdırıb. Ərdoğan cavabında deyib ki, əgər Nikol Paşinyan onunla görüşmək istəyirsə, müsbət addımlar atmalıdır. O, müsbət addımlar dedikdə əsasən Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. R.T.Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar”,- deyə ekspert fikirlərinə əlavə edib.
Şahin Cəfərli xatırladır ki, Rusiya baş nazirinin müavini Aleksey Overçukun açıqlaması Türkiyə prezidentinin açıqlamasından bir gün sonraya təsadüf edib, bu səbəbdən bunu ilk növbədə Ərdoğana cavab kimi qiymətləndirmək olar: “Əlbəttə ki, Moskvanın emissarı həm də dəhlizdə israr edən Bakıya cavab vermiş olub. Ümumən Moskva Türkiyənin Azərbaycan və Ermənistan arasındakı sülh quruculuğuna aktiv müdaxiləsinə qarşıdır və prosesdə öz nəzarətini aşındıracaq, zəiflədəcək istənilən təşəbbüsə müqavimət göstərir. Ermənistan-Türkiyə yaxınlaşmasının Gürcüstanın vasitəçiliyi ilə baş verməsi də bu qəbildən olan təşəbbüslərdəndir. Çünki Gürcüstan müstəqil oyunçu deyil, Qərblə sıx əlaqələrə malik olan tərəfdir. İyun ayında Gürcüstanın vasitəçilyi ilə Azərbaycan və Ermənistan arasında həyata keçirilən diversant və mina xəritələrinin mübadiləsi məhz ABŞ və Avropa Birliyinin müdaxiləsi ilə baş tutmuşdu.
Moskva Ermənistan-Türkiyə əlaqələrinin bərpasına prinsipcə, etiraz etmir, sadəcə olaraq, onun iştirakı olmadan cərəyan edəcək ikitərəfli İrəvan-Ankara, İrəvan-Bakı dialoqlarına qarşıdır. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda keçirdiyi brifinqlərin birində demişdi ki, “biz Ermənistan-Türkiyə əlaqələrinin bərpasına kömək etməyə hazırıq”. Bu sözlərin diplomatik dildən tərcüməsi budur ki, iki ölkə yaxınlaşmaq istəyirsə, bizə müraciət etsin...”.
Oxşar Xəbərlər
Üç ölkənin baş nazir müavinləri arasında növbəti görüşün tarixi bəlli olub -
Prezidentlərin görüşündə vacib məqam: “Ermənistan istəməsə də, Zəngəzur dəhlizi açılacaq” - ŞƏRH
“Azərbaycanla sərhəddə gömrük postları yaradılmalıdır” - Paşinyan
İlham Əliyev Rusiyanın baş nazirinin müavini ilə görüşdü - FOTO
Xəbər lenti
Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
İctimai nəqliyyatda ödənişlərlə bağlı YENİLİK
Gecələr yuxunuz ərşə çəkilib?
Bu saatlarda çölə ÇIXMAYIN
Azərbaycanda süd məhsulları BAHALAŞIR? -
SƏBƏB
TƏCİLİ: İranda DƏHŞƏT YAŞANDI -
Ölən və yaralanan var
Azərbaycanda bu avtomobillər BAHALAŞDI
Ceyhun Bayramov həmkarı ilə ikitərəfli münasibətləri müzakirə etdi
Kraldan Trampa qəribə
XƏBƏRDARLIQ
Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi - Ölən var
Aprelin 30-na olan hava proqnozu AÇIQLANDI
Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu -
FOTO
Verilişi Zaur yox, xanəndə aparacaq
SON DƏQİQƏ!
Azərbaycan nefti bu qədər BAHALAŞDI
Bakıda makler həbs edildi - Yarım milyonluq fırıldaq -
FOTO
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ:
Rusiya hökuməti yeni qərar verdi
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
“Qaçqınkom”un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş
Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş
Oliqarx oğlu məhkəməni bu dəfə də uduzdu
– Övladını ad-soyadını və aliment verəcək
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir?
– Rusiyanın “kölgə tanker”ində İran izi
İlham Əliyev bu sazişi təsdiq etdi
Abşeronda da Zərifə Əliyevanın 103 illiyi qeyd edildi -
FOTOLAR
Hərbçilərə şəxsi jeton veriləcək
Türkiyə F-16-ları Azərbaycanda təlimdə iştirak edir
İran ABŞ blokadası aradan qaldırılmadan danışıqlara getməyəcəyini açıqladı
Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə
MÜHÜM XƏBƏR
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
“Şahdağ” hoteli qardaşıma məxsusdur”
-DEPUTAT
Hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ -
Ciddi risk var
Dəhşətli hadisə:
Dərsə getmək istəməyən yeniyetmə atasını güllələdi
Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
Leyla və Arzu Əliyevalar Xan məscidində -
FOTOLAR
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
Onkoloq xərçəng hüceyrələrini məhv edə bilən 4 qidanı sadaladı
İranın Ali Milli Təhlükəsizlik Şurası TƏCİLİ İCLAS KEÇİRDİ
VAZ 2103 170 min manata satışa çıxarıldı
SOS: Xəzər quruyur -
XƏBƏRDARLIQ
Buğa, Qız və Oğlaqlara şad xəbər-
Həmin gün gəlib çatdı
Neftin son dəqiqə QİYMƏTİ -
BAHALAŞMA
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sənədləri açıldı
-Koreya əsirləri üzərində gizli təcrübələr iddiası
Sülhün memarı: İlham Əliyev və qlobal barışıq fəlsəfəsi
Prezident manatın məzənnəsindən danışdı
Daşkənd aeroportunda qızların Dubaya göndərilməsinin qarşısı alınıb
İlham Əliyev: Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur
Heyvan bazarları ilə bağlı ciddi məhdudiyyətlər GƏLİR
TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət etdi
Avtobus qəzaya düşdü -
yaralı var
PRİZMA
Sülhün memarı: İlham Əliyev və qlobal barışıq fəlsəfəsi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
İctimai nəqliyyatda ödənişlərlə bağlı YENİLİK
Gecələr yuxunuz ərşə çəkilib?
Bu saatlarda çölə ÇIXMAYIN
Aprelin 30-na olan hava proqnozu AÇIQLANDI
Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə
MÜHÜM XƏBƏR
Hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ -
Ciddi risk var