Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Kadir İnanır vəfat etdi
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Bu gün, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Prezident İlham Əliyev hər kəsə barış əli uzadır – reaksiya adekvat olacaqmı...
Azərbaycan rəhbəri bölgədə sülh üçün lazım olan işləri açıqladı, dünyaya mesajlarını verdi; maraqlı güclər və Ermənistan bu şansı doğru dəyərləndirərsə...
Prezident İlham Əliyev sentyabrın 28-də “France-24” televiziya kanalına verdiyi müsahibəsində postmüharibə dövrünün prioritetlərini daha detallı şəkildə açıqlayıb. Faktiki olaraq Prezident bu müsahibəsində dünyaya, xüsusi ilə həmsədr ölkələrə, dostlara, bədxahlara, habelə kapitulyasiya aktı imzalamış Ermənistana son mesajlarını çatdırıb.
Müsahibədən gəlinən ilk qənaət odur ki, Azərbaycan Prezidenti birmənalı şəkildə bundan sonra regionda ancaq sülh, barış içərisində yaşamağın tərəfdarıdır, bütün çağırış və fəaliyyəti buna yönəlib. Cənab Əliyev ən incə detallara qədər Cənubi Qafqazın inkişafına aparan yolları hər kəsə duyurub.
Dövlət başçısının fikirlərindən çıxan nəticə ondan ibarətdir ki, əgər bölgə ilə bağlı maraqlı qüvvələr danışıqlar prosesindən danışırlarsa, Azərbaycan da sülh naminə danışıqların aparılması labüd hesab edir. Eyni zamanda Prezident mövqeyi ilə bir daha duyurub ki, danışıqlar dedikdə, söhbət heç bir halda olmayan “Dağlıq Qarabağ”dan, gorbagor olmuş "statusdan", artıq başa çatmış münaqişədən getmir, bu, yalnız sülh, barış, regional inkişaf üçün danışıqlar və ona yönəlik təkliflərin müzakirəsi ola bilər.
Prezidentdən sitat:
“Sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır. Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan danışıqlara və istənilən yüksək səviyyəli təmaslara hər zaman hazır olduğunu bildirib. Hər yeni təmas açıq qalmış sualların cavablandırılması üçün fürsətdir. Aparılan hər bir yeni danışıq regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Azərbaycanın mövqeyi çox aydındır. Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Gələcək və sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında fəal danışıqlar aparılmalıdır”.
Dövlət başçısı müsahibəsində Azərbaycanın sülhə, barışa səbəb ola biləcək bütün imkanlardan yararlanmaqda maraqlı olduğunu bir daha diqqətə çatdırmış olub.
Bəli, Azərbaycan dövlətinin heç zaman kimsənin torpağında gözü olmayıb, heç zaman müharibə arzulamayıb. Azərbaycanın yeganə istəyi, tələbi işğal olunmuş torpaqların azad edilməsi olub. 30 ilə yaxın aparılan danışıqlar səmərəsiz olduğu və artıq Ermənistan növbəti dəfə azğınlaşdığı üçün 2020-ci ilin sentyabrın 27-də əks hücuma keçdik, qısa müddətdə işğal altında olan torpaqlarımızı azad etdik. Dövlətimiz konstitusion hüququndan istifadə edib, beynəlxalq normalar çərçivəsində davranıb, BMT qətnamələrini özü icra edib: Burada məqsəd ərazi bütövlüyünü, suverenliyini bərpa etmək idi, buna da nail olundu.
Bizi indi yalnız bölgədə sülh, əmin-amanlıq maraqlandırır və bunun daha sürətli olması üçün bütün normal təkliflərə, barışa, kommunikasiyaların açılmasına, əməkdaşlığa, dinc yaşayışa istiqamətlənən vasitəçilik missiyalarına müsbət yanaşırıq.
Prezidentin “France-24”ə müsahibəsində də əsas vurğu bunun üzərindədir desək, yanılmarıq.
Növbəti sitat: “Vasitəçilik institutunun danışıqlar prosesində böyük əhəmiyyəti var. Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi və görüşləri təşkil edirdi. Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan buna qarşı çıxmaz... Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir. Sülh müqaviləsi mütləq olmalıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlər aparılmalıdır. Ermənistanla sülh sazişinin üzərində danışıqlara hazırlıq başlanmalıdır”...
Burada xüsusi bir məqamı qeyd edək ki, Ermənistan müharibədə məğlub olub, 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atsa da, bu darmadağın olmuş ölkə hələ də reallıqlar çərçivəsində davranmağı prioritet hesab etməkdə acizdir. Ya hansısa xarici dairələrin təsiri ilə adekvat davranmırlar, ya da Ermənistanın siyasi rəhbərliyi, o cümlədən bəzi siyasi dairələr xəstə təfəkkürdən, qeyri-sağlam, çürük ideologiyadan xilas ola bilmirlər.
Faktiki olaraq 10 noyabr bəyanatından sonra Ermənistan konstruktiv təkliflərin – hansı ki, bunlar indi daha çox ona lazımdır, əks təqdirdə bir dövlət olaraq daha da acınacaqlı duruma düşəcəklər – demək olar ki, heç birinə adekvat cavab verilməyib. Prezident bununla bağlı deyib ki, qeyd olunan hal Ermənistandakı siyasi isteblişmentin bəzi dairələrində revanşizm tendensiyalarının mövcudluğu ilə izah oluna bilər. İstənilən halda, Azərbaycan öz xəbərdarlığını edib: “...Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları absurddur. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” Azərbaycana məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır...”
Nəzərə çatdıraq ki, hazırda bəzi ermənipərəst dairələr, çox təəssüf ki, vasitəçilik missiyası daşıyan bəzi ölkələr və onların rəhbər şəxsləri, siyasətçiləri absurd bir mövqe sərgiləyirlər. Torpaqlarını işğaldan azad etmiş Azərbaycan rəhbəri bəyan edib ki, artıq münaqişə bitib, bundan sonra yalnız sülhdən söhbət gedə bilər. Ancaq Ermənistandakı siyasi dairələrlə yanaşı, bəzi dünya ölkələrin rəsmiləri münaqişənin guya bitmədiyini iddia edirlər. Təbii, bu onların siyasi maraqlarına uyğun ola bilər. Ancaq reallıqlar tamamilə başqadır, münaqişə bitib və “Dağlıq Qarabağ” termininin özü belə yoxdur.
Dövlət başçısı bu məsələnin üzərində xüsusi dayanıb və deyib ki, münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir: “Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk Qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil”...
Ermənistanın bu gün yenidən siyasi anlamda və çürük ideologiya olaraq “Dağlıq Qarabağ” iddiaları heç şübhəsiz ki, onun özünə ciddi problemlər yaradacaq, dünya da bunu bilməlidir. Əgər hansısa qüvvələr Ermənistana kömək etmək istəyirsə, bir sıra revanşist düşüncəli erməniləri başa salmalı, onlara tarixi və hüquqi baxımdan tamamilə haqsız olduqlarını anlatmalıdırlar. Və onu da izah etməlidirlər ki, Göyçə, Zəngəzur, İrəvan da tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan tarixi Azərbaycan torpaqları hesabına dövlət kimi formalaşdırılıb.
Ancaq Prezidentin də vurğuladığı kimi, təbii, bizim heç bir dövlətə qarşı torpaq iddiamız yoxdur.
Sitat: “Azərbaycan heç vaxt öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməyib. 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycan yalnız tarixi faktlara istinad edib. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, azərbaycanlılar legitim şəkildə Zəngəzura qayıda bilər və bu, bizim hüququmuzdur”...
Əlbəttə, beynəlxalq hüquqa görə də bu gün Azərbaycanda və dünyanın müxtəlif ölkələrində məskunlaşmış 10 minlərlə azərbaycanlı depotasiya olunduğu, tarixi Azərbaycan torpağı, bugünkü Ermənistan ərazisindəki dədə-baba yurduna dönə bilər. Əgər ermənilər qarşıdakı dönəmdə Qarabağda Azərbaycan vətəndaşı olaraq normal şəkildə yaşayacaqsa, nədən Göyçə, Zəngəzur sakinləri öz yurduna dönməməlidir? Ermənistan buna qarşı çıxış edərsə, ciddi hüquqi böhranla üzləşə bilər. Ən azı beynəlxalq məhkəmələrdə azərbaycanlılar haqlarını tələb edə bilərlər.
***
Postmüharibə dövründə vacib olan məsələlərdən biri də məhz Fransanın özü ilə bağlıdır. Hansı ki, bu dövlət danışıqlar gedən 27 ildə, habelə 44 günlük müharibə zamanı və ondan sonrakı dönəmdə açıq-aşkaq ermənipərəst mövqe sərgiləyib, ədalətli – vasitəçi ölkə kimi obyektiv, tərəfsiz davranmayıb. Baxmayaraq ki, Azərbaycan müstəqillik dönəmində Fransa ilə sıx əməkdaşlıq edib, daim dost mövqeləri saxlamağa çalışıb. Həmçinin, Azərbaycan Fransada bir sıra mədəni, sosial, iqtisadi layihələr həyata keçirib.
Ancaq bunlara rəğmən hazırda da görünən odur ki, Fransa öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar edir.
Bəs bunun nəticəsi nə ola bilər? Ən əsası, çıxış yolu nədir?
Fransaya Azərbaycan prezidenti mesajlarını aydın şəkildə çatdırıb: “Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadi, ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk Qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq. Fransa Minsk Qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı.
Müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Münaqişə boyunca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır…”
Fransanın qərəzli davranışının qarşılığında Azərbaycan rəhbəri əsl liderlik nümunəsi göstərib, qarşıdakı müddətdə normal əməkdaşlıq təklif edib: “Azərbaycan Fransa ilə əməkdaşlığa hər zaman açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Odur ki, bir il əvvəl baş verənlərə qayıtmalı deyilik”...
Hazırda bəzi güclərin Azərbaycana qarşı cılız, əsassız, cığal iddialarından biri də guya “erməni əsirləri” qaytarmamağımızla bağlıdır. Buna dair bəzi beynəlxalq təşkilatlar da qərəzli, məsələnin mahiyyətindən uzaq bəyanatlar verirlər. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan tərəfi müharibə dövründə götürülən əsirlərin hamısını qaytarıb. Bu gün Azərbaycanda həbsxanalarda olan və qanuni məhkəmə qərarı əsasında həbs olunmuş adamlar isə Azərbaycan ərazisində təxribat, terror törədən və törətmək istəyən diversantlar, eyni zamanda birinci və ikinci Qarabağ müharibələri dövründə beynəlxalq cinayət törətmiş, buna görə beynəlxalq axtarışda olub, ələ keçən şəxslərdir.
Bununla bağlı məsələyə də Prezident müsahibəsində aydınlıq gətirib və dünyaya bir daha bəyan edib ki, Azərbaycan erməni hərbi əsirlərin saxlanılması ilə bağlı “Human Rights Watch”un ittihamlarını rədd edir: “Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Ermənistan hökuməti bunu təsdiq edə bilər. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq. QHT-lərin istinad etdiyi şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və 10 noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib...
Hərbi əsirlər müharibə zamanı əsir düşmüş şəxslərdir. 2020-ci il noyabrın 10-da müharibə dayandırıldı. Dekabrın əvvəlində biz azad etdiyimiz ərazidə erməni təxribat dəstəsinin 62 üzvünü aşkar etdik. Onlar əraziyə noyabrın 26-da göndərilmişdi. Yəni, müharibə bitdikdən 16 gün sonra. Onlar hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu”.
Bəli, dünyanın istənilən ölkəsində cinayət törədən şəxs cəzalandırılır. Fərqi yoxdur ki, həmin cinayəti törədən hansı millətdəndir. Əgər Azərbaycan ərazisinə erməni deyil, hansısa digər millətin nümayəndəsi qanunsuz şəkildə soxulub, diversiya törədərsə, hərbçilərimizi öldürərsə, təbii ki, milliyətindən asılı olmayaraq həbs edilməli və qanun qarşısında cavab verməlidir. Azərbaycan da məhz bu cür davranıb.
***
Verilən mesajlar, göstərilən davranış tərzi bir daha o anlama gəlir ki, Prezident İlham Əliyev əsl liderə yaraşan mövqe sərgiləyir, hər kəsə barış əli uzadır. Təbii, inkişaf, normal yaşam üçün bundan yaxşı variant ola bilməz.
Azərbaycan rəhbəri bu müsahibəsində bölgədə sülh üçün lazım olan işləri açıqladı, maraqlı güclərə təklif və mesajlarını verdi. Görək, bu sağlam və alternativi olmayan mövqeyə dünyadakı maraqlı güclərin və Ermənistanın reaksiyası necə olacaq...
Əgər onlar bu şansı doğru dəyərləndirirsə, bölgə qısa müddətdə dünyanın ən inkişaf etmiş regionuna çevrilə, nümunə ola bilər. Təbii, bundan ən çox məhv təhlükəsi qarşısında olan Ermənistan faydalana bilər.
Azərbaycan zatən ötən 1 ildə dünyaya hansı imkanda, niyyətdə olduğunu nümayiş etdirib. Biz torpaqlarımızı azad etdik və Qarabağı dirçəltməklə məşğuluq.
Hansı ki, işğalçı Ermənistan 30 ildə oranı viran qoyub. Cəmi 9 ay ərzində Füzulidə hava limanı da tikib istifadəyə vermişik. Daha iki hava limanı Zəngilan və Laçında qurulacaq.
Bir neçə rayonun baş planı hazırdır, artıq icrasına başlanılıb, Şuşaya yeni yollar çəkilib, Kəlbəcərə analoqu olmayan dağaltı tunel çəkilir, digər azad edilmiş zonalarda infrastruktur sürətlə qurulur...
Azərbaycanın məqsədi yalnız sivil yaşamdır, sülhdür, inkişafdır. Hər kəs bunun fərqində olmalıdır.
Oxşar Xəbərlər
İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib - FOTO
SƏRHƏDDƏ NƏ BAŞ VERİR?
Azərbaycan Ermənistanla sülh şərtlərini açıqladı – “Sonra gec ola bilər”
Ermənistanı sülh müqaviləsi imzalamağa bu dövlətlər qoymur
Xəbər lenti
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Yağış yağacaq -
PROQNOZ
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma