HƏYASIZLIQ DÖVLƏT SİYASƏTİNƏ ÇEVRİLƏNDƏ... - Yaxud İranı Ermənistanla doğmalaşdıran nədir?

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian"İranın Ermənistana və "Dağlıq Qarabağa" yanacaq tədarükünun Azərbaycan tərəfdən blokadası yolverilməzdir" fikri İrandakı rejimin uzun illər gəzdirdiyi “müsəlman, islam təəssübkeşliyi və qardaşlığı” və s. kimi saxtakarlıqlardan ibarət maskanın elə bu rejimin özü tərəfindən cırılmasıdır. Bu, artıq “Qaradan o tərəfə rəng yoxdur” deməkdir...
Bir tərəfdən Qarabağın islam torpağı olduğuna dair “fətva” verib, digər yandan Azərbaycanın nəinki razılığı olmadan, əksinə, dəfələrlə xəbərdarlıq etməsinə rəğmən oradakı erməni separatçılarına yanacaq və digər yüklər göndərmək nə islama, nə qardaşlığa, nə qonşuluğa, nə də əxlaqa, insanlığa sığır. Hələ bunun qarşısının Azərbaycan tərəfindən alınmasına XİN başçısı vasitəsilə etiraz etmək isə artıq həyasızlığın, abırsızlığın İran dövləti səviyyəsində açıq təzahürü və etirafıdır.
Bu baxımdan İran doğrudan da Ermənistanla eyniləşib və doğmalaşıb. Əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa, bizi Qarabağdakı qələbəmiz münasibətilə guya təbrik edirsənsə, o zaman sənin maşınlarının Laçın dəhlizində, Xankəndində hansı iti azıb?...


Oxşar Xəbərlər

Xəbər lenti