Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Kadir İnanır vəfat etdi
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Dünən, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İRANIN İFŞA OLUNAN QARA NİYYƏTİ VƏ ANLADIĞI DİL... -
“Buna gətirib çıxarmaq lazım idi?”
Azərbaycanın xüsusilə müharibədən sonra xarici siyasətdə Elmar Məmmədyarovsayağı malalama, sığallama dilindən, açıq və konkret mövqe bildirən, hər şeyi öz adı ilə çağıran dilə keçdiyi müşahidə olunmaqdadır. Bunu ölkə başçısının son müsahibəsi və İranın regiondakı siyasətinə münasibəti açıq şəkildə göstərdi. Bu, bir tərəfdən dövlət olaraq qüdrətimizi, sambalımızı, qətiyyətli söz sahibinə çevrildiyimizi göstərirsə, digər tərəfdən də Azərbaycanın təkcə Ordu deyil, diplomatiyada da Türkiyə modelinə keçidindən xəbər verir...
İranın əsrlər boyu Azərbaycana kəm baxaraq, ermənipərəst siyasət yürütdüyünü Azərbaycandakı iranbaşları çıxmaq şərtilə regionda və dünyada görməyən, anlamayan yoxdur. Həmin iranbaşlar anlamırlar ki, İrandakı din adı altında pərdələnən rejimin şəxsi hakimiyyət maraqları hər şeyin önündə gedir – dinin də, məzhəbin də, insanlığın da. Xüsusilə də erməni işğalı dövründə bu siyasət daha açıq, bəzənsə həyasızlıq səviyyəsinə çatan dərəcədə biruzə verilib. Ona görə də Azərbaycan mətbuatında, sosial şəbəkələrdə, ümumilikdə cəmiyyətdə bu ikiüzlü və məkrli siyasətə hər zaman ortaya konkret faktlar, sübutlar qoyulmaqla etiraz olunub.
İran guya Fələstin xalqını dəstəkləmək adı altında uzaq İsrailə hədələr, qarğışlar yağdırdığı halda, tam qonşuluğundakı dini, hətta məzhəbi bir olan ölkəni müdafiə etmək, ona dayaq olmaq əvəzinə, Azərbaycana qarşı dəhşətli cinayətlər törətmiş, açıq işğalçılıq siyasəti yürüdən Ermənistana və Qarabağdakı qondarma, cinayətkar rejimə əlindən gələn və gəlməyən hər cür dəstək göstərib və göstərməkdədir. O ölkəyə və millətə ki, müsəlman xalqın qanını axıdıb, torpaqlarımızdakı müsəlman qəbirlərini, məscidlərimizi təhqir edərək, donuz damına çevirib...
İran bütün bunlar da azmış kimi, Azərbaycanda özünün “beşinci kolon”unu yaradaraq, onu daxildən dini mövhümat və məzhəbçilik təbliği, eləcə də digər yollarla cəmiyyəti parçalamaq üçün əlindən gələni edib. Bütün bunlar İrandakı rejim tərəfindən yarıgizli, yarıaşkar şəkildə reallaşdırıldığı halda, istər işğal illərində, istərsə də müharibə bitdikdən sonra Qarabağdakı cinayətkar rejimə dəstək fəaliyyətləri tam açıq şəkildə həyata keçirildi.
Vəziyyət o yerə çatdı ki, İran Azərbaycanın açıq çağırışlarına, xəbərdarlıqlarına, hətta rəsmi notasına və ölkəmizin Laçın dəhlizindən keçən yükləri müşahidə etmək imkanına məhəl qoymadan, həyasızcasına, Azərbaycanın hər hansı icazəsi olmadan Qarabağa müxtəlif təyinatlı yüklər daşımaqda, oradakı quldur dəstəsini ayaqda saxlamaq üçün hər cür vasitəyə əl atmaqda davam etdi. Hətta, öz maşınlarına erməni nömrələri taxıb, bu yolla Azərbaycanın nəzarətində olmayan ərazilərə yük daşıyacaq qədər cılız, miskin davranışları özünə rəva bildi.
Bütün bunlardan sonra Azərbaycandan hansı reaksiyanı gözləyə bilərdi rəsmi Tehran? Onun Azərbaycana hansısa irad bildirməyə, faktiki olaraq, Qarabağa Azərbaycandan icazəsiz yük aparan və hətta yükün sənədinə də utanmadan “stepanakert” yazan İran daşıyıcılarına tətbiq edilən qadağalara, iki sürücünün saxlanmasına etiraz etməyə və ümumiyyətlə, hər zaman olduğu kimi, ən yeni tariximizdə də bizim yox, qarşımızadkıların yanında olmağa üstünlük verən İranın Azərbaycana nəsə deməyə mənəvi haqqı çatırmı? Xeyr!
Azərbaycan kimi din qardaşı və özündən həm ərazi, həm də əhali sayı baxımından xeyli kiçik olan (baxmayaraq ki, İran ərazisinin də böyük hissəsi Azərbaycan torpaqlarıdır- red.), uzun illər işğalla mübarizə aparan, bundan böyük iqtisadi və siyasi zərərlər görən, minlərlə şəhidlər verən qonşu ölkəyə hədə-qorxu gəlmək, diş qıcamaq İrana başucalığı gətirmir və adını İslam ölkəsi qoyan bu dövləti idarə edən rejimin mahiyyətini, niyyət və məramlarını ortaya qoyur.
Elə bu qaranlıq niyyətlərə cavab olaraq, ölkə başçısı son açıqlamalarının birində deyir: “İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir... Birinci dəfə şifahi xəbərdarlıq etdik, ikinci dəfə rəsmi nota verdik, üçüncü dəfə gömrük, sərhəd, polis postları qurduq. Beləliklə, biz Ermənistan ərazisindən keçən və Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR -larin sayı sıfıra endi. Baxın, buna gətirib çıxartmaq lazım idi?...”
Doğrudan da, münasibətləri bu yerə gətirmək lazım idimi? Doğrudanmı, 25 min erməninin yaşadığı əraziyə göndərilən yanacaqdan gələn gəlir İran üçün həyati əhəmiyyət daşıyır? Doğrudanmı bu ticarətdən qazanılan 3-5 manat Azərbaycanla münasibətlərdən daha önəmlidir? Əlbəttə ki, yox. Sadəcə, İran bununla kimin yanında olduğunu göstərir və Qarabağın rus hərbçiləri və ermənilərin nəzarətində olan parçasına yanacaq göndərmək iqtisadi yox, siyasi qərardır!
Zaman-zaman Allahşükür Paşazadə kimi absurd mövqe və ifadələrlə İranın müdafisəsinə qalxanlar, İranın xəyanətinə sübut tələb edənlər də olub və var. Alın, bu da sizə sübut: Artıq iş o yerə çatıb, daha doğrusu, İran rejimi öz saymazlığını, hörmətsizliyini o yerə çatdırıb ki, şəxsən ölkə başçısı ortaya konkret faktlar və qəti, birmənalı mövqe qoymağa, hər şeyi öz adı ilə çağırmağa məcbur olub.
A.Paşazadə isə bir müddət əvvəl İranı Qarabağdakı separatçılara dəstəyə görə ittiham edənlərin üzərinə gedərək, onlardan sübut tələb edirdi. Budur, ölkə başçısı sübutunu da, iradını da, mövqeyini də ortaya qoydu. İndi də buyursun, Paşazadə cənabları da İrandan bu cür xəyanətkar mövqe tutmasının hesabını tələb etsin - bacarırsa, buyursun!...
Oxşar Xəbərlər
“Azərbaycan İran üçün tranzit dəhlizi ola bilər“ - Mehdi Babayi
İRAN AZƏRBAYCANI AÇIQ MÜDAFİƏDƏN NİYƏ ÇƏKİNİR?
Hikmət Hacıyev İran səfiri ilə görüşdü
Sərhəddəki şou kimə lazımdır?
Xəbər lenti
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Yağış yağacaq -
PROQNOZ
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma