Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Kadir İnanır vəfat etdi
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Dünən, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Əliyev-Paşinyan görüşünə hazırlıq başlandı: Rəsmi Bakı gündəliyi diqtə edir
Böyük ehtimalla müzakirə mövzuları Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə rəsmi İrəvanın diqqətinə çatdırılacaq; Paşinyan hakimiyyəti rəsmi Bakının gündəliyini qəbul edərsə, yüksəksəviyyəli görüş də baş tutacaq, əks halda Ermənistan blokada şəraitində qalmaqda davam edəcək...
Cənubi Qafqaz regionunda geopolitik proseslər intensivləşməyə başlayıb. Ermənistanın bütün vasitələrlə müqavimət göstərməyə çalışmasına baxmayaraq, 44 günlük savaşın mövcud nəticələri regional münasibətlərdə ön planda yer alır. Və rəsmi İrəvan da artıq tədrizcən bu reallığı qəbul etməyə başlayıb.
Onu da qeyd edək ki, geopolotik situasiyanı öz xeyrinə dəyişməyə can atan rəsmi İrəvan üçün son ümidlər Moskvada “dəfn” olundu. Rusiya Ermənistanı dəstəkləyən İranın regionda geopolitik oyunçuya çevrilməsinə şans tanımadı. Və Ermənistan yenidən 44 günlük savaşın yekun nəticələri ilə baş-başa qalmış oldu.
Deməli, bundan sonra Ermənistanın da regionda vəziyyəti yenidən gərginləşdirmək üçün ümid bəsləyə biləcəyi əlavə resurslar qalmadı. Ona görə də, indi rəsmi İrəvan mövcud geopolitik reallıqlarla və şərtlərlə barışmaq məcburiyyətindədir. Və vaxtın bundan sonra da uzadılması birbaşa Ermənistanın tədricən intihar etməsi anlamına gələ bilər.
Təbii ki, hazırda zaman anlayışının Ermənistanın ən böyük düşməni olduğunu elə rəsmi İrəvan da anlayır. Çünki itirilən hər gün Ermənistanda maliyyə-iqtisadi və sosail-siyasi böhranı daha da dərinləşdirir. 44 günlük savaş nəticəsində iflasa yaxınlaşan Ermənistan iqtisadiyyatı hazırda tamamilə çökmə mərhələsini yaşayır. Və təcili bərpa addımları atılmazsa, Ermənistan iqtisadiyyatının yenidən dirçəldilməsi ciddi problemlərlə üzləşə bilər.
Bununla belə, rəsmi İrəvanın bu ağır vəziyyətdən çıxış yolu olmamış deyil. Ermənistanın xilas variantının məhz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına bağlı olduğunu erməni siyasi-iqtisadi dairələrində anlayırlar. Və indi bu durumdan çıxa bilmək üçün Paşinyan hakimiyyətinin sadəcə, vaxt itirmədən siyasi iradə nümayiş etdirməsi vacibdir.
Maraqlıdır ki, Ermənistan cəmiyyətinin bəzi revanşist təbəqələrindən fərqli olaraq, Paşiyan hakimiyyəti rəsmi Bakı ilə birbaşa təmaslara can atır. Çünki, rəsmi İrəvanın Türkiyə ilə anlaşaraq, Ermənistanı xilas etmək cəhdləri uğur qazanmadı. Rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının Azərbaycandan asılı olduğunu açıq şəkildə bəyan etdi. Və Paşinyan hakimiyyəti həm Türkiyə, həm də Azərbaycan ilə münasibətlərin normallaşdırılmasının paralel proseslər olduğu qəbul etmək məcburiyyətində qaldı.
Ona görə də indi Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi rəsmi İrəvanın əsas gündəm mövzudur. Ermənistan baş naziri N.Paşinyan bu görüşə hazır olduğunu artıq rəsmən elan edib. Hətta bu görüş üçün heç problemin olmadığını vurğulayıb: “Mənim üçün Azərbaycan Prezidenti ilə görüşmək baxımından, vaxt və yer problemi yoxdur. Sadəcə, hansı ölkədə keçirilə biləcəyinin müəyyən olunması lazımdır”.
Göründüyü kimi, erməni baş nazir Azərbaycan və Ermənistan arasında yüksəksəviyyəli görüş üçün tələsir, bunun mümkün qədər tez bir zamanda reallaşmasını istəyir. Çünki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demorkasiya prosesinin sürətlənməsi məhz bu görüşün nəticələrindən asılıdır. Bu məsələ ətrafında müsbət nəticələr isə öz növbəsində məhz Ermənistan iqtisadiyyatına yeni “nəfəs” verəcək nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesinin başladılmasına imkan yarada bilər.
Ancaq Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında yüksəksəviyyəli görüşün buna hazırlıq aparılmadan baş tutması da mümkün deyil. Yəni, əvvəlcə iki ölkənin xarici işlər nazirlərinin görüşməsi vacibdir. Çünki xarici işlər nazirlərinin yüksəksəviyyəli görüşdə müzakirə ediləcək məsələləri müəyyən etmələrinə ehtiyac var.
Nəzərə almaq lazımdır ki, rəsmi İrəvanın hələ də üzərində dayanmağa cəhd göstərdiyi bəzi mövzular Azərbaycan tərəfi üçün artıq öz əhəmiyyətini itirib. Rəsmi Bakı “Dağlıq Qarabağ münaqişəsi”nin artıq həll edildiyini və “status” mövzusunun da keçmişdə qaldığını birmənalı şəkildə bəyan edib. 30 il gündəmdə olmuş bu mövzuların müzakirəsinə əlavə vaxt itirmək niyyətində olmadığını vurğulayıb.
Bu isə o deməkdir ki, Əliyev-Paşinyan görüşünün gündəliyi məhz rəsmi Bakı tərəfindən müəyyən ediləcək. Rəsmi İrəvanın isə həmin gündəlikdən imtina etmək şansı yoxdur. Çünki bu halda, nəqliyyat-kommunikasiya xətlərinin açılması yenə də gecikəcək və bundan da yalnız Ermənistan iqtisadiyyatı zərbə alacaq.
Ona görə də ehtimal etmək olar ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə rəsmi Bakı sərhədlərin delimitasiya və demorkasiya olunmasını, bu problemin həllindən sonrasa, bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasını, iqtisadi-ticari əlaqələrin qurulmasını, eləcə də, investisiya yatırılması ilə bağlı mövzuları gündəmə gətirə bilər. Eyni zamanda, görüşün gündəliyində “3+3” formatında əməkdaşlıq və Zəngəzur dəhlizinin açılmasının ön planda olacağı da qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, rəsmi İrəvan Rusiyanın da dəstəklədiyi “3+3” formatına bir qədər ehtiyatla yanaşır. Baş nazir N.Paşinyan bu formata qarşı olmasa da, onun detalları barədə tam məlumat aldıqdan sonra mövqeyini açıqlayacağını bildirib. Və bu baxımdan, həmin məsələnin də əsas müzakirə mövzularından biri olacağı şübhə doğurmur.
Bütün bunları nəzərə aldıqda, hazırda Əliyev-Paşinyan görüşü ilə bağlı hazırlıq prosesinin başlandığı açıq-aşkar müşahidə edilir. Əslində, rəsmi Bakı özünü maraqlandıran gündəliyi artıq hissə-hissə açıqlayıb. Rəsmi İrəvan hələlik bu gündəliyə qarşı ciddi etiraz etmədiyindən müzakirə olunacaq mövzular da demək olar ki, aydındır.
Ona görə də hesab etmək olar ki, Əliyev-Paşinyan görüşünün gündəliyi birmənalı şəkildə rəsmi Bakı tərəfindən müəyyən olunacaq. Böyük ehtimalla xarici işlər nazirlərinin görüşündə yuxarıda sadalanan mövzular Ermənistan tərəfinin diqqətinə çatdırılacaq. Paşinyan hakimiyyəti rəsmi Bakının təklif etdiyi gündəliklə razılaşacağı təqdirdə, yüksəksəviyyəli görüş baş tutacaq. Əks halda, Ermənistan blokada şəraitində qalmaqda davam edəcək.
Oxşar Xəbərlər
Ərdoğan-Putin görüşünün sirrləri açılır:
Kremldən “Azərbaycana toxunmaq olmaz” mesajı: Rusiya Zəngəzur dəhlizinin də önünü açdı
Əliyev Paşinyanı xilas edəcəkmi:
İran İrəvana heyət göndərdi - Gorus-Qafan yoluna alternativ yol çəkir SON DƏQİQƏ
Xəbər lenti
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Yağış yağacaq -
PROQNOZ
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma