Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Əliyev Paşinyanı xilas edəcəkmi:
Rəsmi İrəvan ümidlə o görüşə can atır
Ermənistan iqtisadiyyatının seytnot vəziyyətində olması rəsmi İrəvanı Azərbaycana, Türkiyəyə və Rusiyaya möhtac duruma salıb; Paşinyan hakimiyyəti nə qədər tələssə də, əli daha da güclənmiş rəsmi Bakının zamanla bağlı hər hansı ciddi problemi yoxdur...
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına can atır. Bu, Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki siyasi-iqtisadi blokadadan çıxaraq, Qərbə "pəncərə" açmaq Ermənistanın gələcək taleyini xilas edə biləcək yeganə variantdır.
Ancaq bu hədəfə çatmaq rəsmi İrəvan üçün o qədər də asan məsələ deyil. Hər halda, Türkiyə ilə anlaşa bilmək üçün bəzi önəmli tələb-şərtləri də yerinə yetirmək lazımdır. Və bunu Paşinyan hakimiyyətindən müsbət mesajlar aldığını açıqlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi.
Türkiyə prezidenti vurğulamışdı ki, rəsmi Ankara Ermənistan ilə münasibətlərin normallaşdırılmasına qarşı deyil. Ancaq buna nail olmaq üçün Paşinyan hakimiyyəti bir sıra konkret addımlar atmalıdır. Onların arasında Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınması və Zəngəzur dəhlizinin açılması ön planda yer tutur.
Ardınca Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu mövzuda daha açıq mətnlə mesajlar verdi. O, bildirdi ki, rəsmi Ankara Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesi birmənalı şəkildə Azərbaycanla razılaşdırılacaq. Yəni, bu məsələ Azərbaycan-Ermənistan münasibətləri nəzərə alınmaqla, həll edilə bilər.
Təbii ki, hadisələrin belə inkişafı rəsmi İrəvanın gözləntiləri ilə ziddiyyət təşkil edir. Çünki Paşinyan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini Azərbaycandan yan keçməklə inkişaf etdirə biləcəyinə ümid bəsləyirdi. Hətta bu iki məsələnin bir-birindən fərqləndiyini iddia etməklə, öz niyyətini gizlətmirdi.
Əslində, rəsmi İrəvan yenə də erməni hiyləgərliyinin təsiri altında hərəkət edirdi. İki strateji müttəfiq olan dövlətlər - Azərbaycan və Türkiyə arasında avantürist oyun oynamağa çalışırdı. Yəni, həm rəsmi Ankara ilə münasibətlərini normallaşdırmağı, həm də Azərbaycan və Türkiyə arasında narazılıq yaratmağı hədəfləyirdi.
Ancaq baş tutmadı. Erməni hiyləgərliyinin məhsulu olan avantürist niyyət fiaskoya uğradı. Çünki rəsmi Ankara Paşinyan hakimiyyətini Azərbaycana doğru yönəltdi. Rəsmi İrəvana müəyyən mənada, "Əvvəlcə rəsmi Bakı ilə anlaş, sonra gəl, danışaq" mesajını verdi.
Maraqlıdır ki, rəsmi İrəvan artıq Türkiyənin bu önəmli mesajını anlamış kimi görünür. Hər halda, indi Paşinyan hakimiyyəti rəsmi Bakını məmnun etmədən Türkiyə ilə anlaşa bilməyəcəyinin fərqindədir. Və bu səbəbdən də, rəsmi İrəvanın Azərbaycan ilə təmaslara hazır olduğunu bəyan etməsi o qədər də gözlənilməz deyil.
Onu da qeyd edək ki, bir müddət öncə Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə birbaşa görüşə hazır olduğuna eyham vurmuşdu. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da görüşməsindən sonra rəsmi Bakı da Minsk Qrupu həmsədrləri yüksək səviyyədə görüş təşkil edəcəyi təqdirdə, buna qarşı çıxmayacağını bəyan etdi. Və dərhal da öz şərtlərini gündəmə gətirdi.
Birincisi, rəsmi Bakı Minsk Qrupu həmsədrləri çərçivəsində yüksəksəviyyəli görüşdə "Dağlıq Qarabağ münaqişəsi" və "status" kimi mövzulara geri qayıdıb, vaxt itirmək niyyətində deyil. Ona görə də, rəsmi Bakı həm ölkə başçıları səviyyəsində görüşün, həm də, Minsk Qrupu həmsədrlərinin gündəliyini birmənalı şəkildə özü müəyyən etmək qərarı verdi. Yəni, bəyan etdi ki, "Dağlıq Qarabağ" yoxdur, "status" məsələsini də birdəfəlik unudun.
İkincisi, rəsmi Bakı Ermənistan ilə birbaşa və yaxud Minsk Qrupu çərçivəsində təmaslarda müzakirə üçün üç mövzu təklif edir. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası, qarşılıqlı olaraq, dövlətlərin ərazi bütövlüyünün rəsmən tanınması və Zəngəzur dəhlizi də daxil olmaqla, bütün nəqliyyat-kommunikasiya xətlərinin açılması rəsmi Bakı üçün prioritetdir.
Maraqlıdır ki, rəsmi İrəvan da tədricən Azərbaycanın şərtlərinə yaxınlaşmağa başlayıb. Hətta Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün yaxın vaxtlarda ola biləcəyini vurğulayıb: "Biz əvvəl də görüşməyə və problemləri yüksək səviyyədə müzakirə etməyə hazır olduğumuzu bildirmişdik. Əgər, qarşı tərəf də buna hazır olarsa, ümid edirik ki, yüksəksəviyyəli görüş yaxın vaxtlarda baş tuta bilər".
Digər tərəfdən, Armen Qriqoryan da rəsmi Bakının müəyyən etdiyi gündəliyə yaxın mövzulardan danışıb. Onun sözlərinə görə, rəsmi Bakının da qəbul edəcəyi təqdirdə, Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağa hazırdır: "Əgər Azərbaycan da hazırdırsa, Rusiyanın iştirakı ilə sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamaq mümkündür. Biz Azərbaycan və Ermənistan arasında mövcud olan bu problemi aydınlaşdıra və digər məsələlərin həllinə də cəhd göstərə bilərik".
Göründüyü kimi, Ermənistan Təhlükəsizlik Şurası katibinin açıqlamalarında kifayət qədər müsbət mesajlar nəzərə çarpır. Onun həlli vacib məsələlər kimi gündəmə gətirdiyi mövzular tam olmasa da, hər halda, qismən Azərbaycanın mövqeyinə yaxındır.
Eyni zamanda, rəsmi İrəvanın vasitəçi kimi məhz yenidən Rusiyanı ön plana çıxartmağa çalışması da Paşinyan hakimiyyətinin mövqeyində geridönüşün əlaməti sayıla bilər. Belə ki, bir müddət öncə baş nazir Nikol Paşinyan sərhədlərin delimitasiya və demarkasiya prosesinə Minsk Qrupunun vasitəçilik etməsini təklif etmişdi. Yəni, Rusiyanın bu prosesdə iştirakını məhdudlaşmağa çalışmışdı.
Ancaq indi belə anlaşılır ki, Paşinyan hakimiyyətinə Qərbdən verilən vədlər özünü doğrultmur. Rəsmi İrəvanın isə gözləmək şansı yoxdur. Çünki Ermənistanda maliyyə-iqtisadi böhran hər ötən gün daha da dərinləşir. Belə vəziyyətdən isə yalnız region qonşuları ilə problemləri həll edib, münasibətləri normallaşdırmaq yoluyla çıxmaq mümkün ola bilər.
Bu baxımdan, rəsmi İrəvanın hazırda seytnot vəziyyətində olduğunu düşünmək olar. Zamanın Ermənistanın əleyhinə olması rəsmi İrəvanı Azərbaycana, Türkiyəyə və Rusiyaya möhtac duruma salır. Və ona görə də, hazırda Ermənistanın gələcək taleyinin rəsmi Bakıdan asılı vəziyyətdə olduğu da qətiyyən şübhə doğurmur.
Bütün bunları nəzərə aldıqda, yalnız Ermənistanın deyil, eyni zamanda Paşinyan hakimiyyətinin də gələcək taleyinin məhz Azərbaycan Prezidenti İlham Əliyevin verəcəyi qərara bağlı olduğu diqqətdən yayınmır. Paşinyan hakimiyyəti tələssə də, rəsmi Bakının zamanla bağlı hər hansı problemi yoxdur. Bu baxımdan, əli daha da güclənmiş Azərbaycanın verəcəyi qərar böyük maraq doğurur.
Oxşar Xəbərlər
Ermənistan Türkiyə ilə danışıqlara başladı - Rəsmi açıqlama
"Zəngəzur dəhlizinin açılmasından Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiya və Ermənistan da qazanacaq"
PAŞİNYAN TÜRKİYƏDƏN İSTƏDİYİNİ AZƏRBAYCANDAN ALA BİLƏR – “Ən azı bu iki addımı atmalıdır...”
Ərdoğan Rusiyaya səfər edəcək
Xəbər lenti
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək