Bu qanunlar artıq qüvvədədir -
SİYAHI
Pezeşkian etiraf etdi: xalq haqlıdır
Süni intellektin “xaç atası”ndan şok PROQNOZ:
milyonlarla insan 2026-cı ildə işini itirəcək
BDYPİ-dən sürücülərə -
XƏBƏRDARLIQ
Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı
Xankəndidə bayram atəşfəşanlığı
FOTO
Azərbaycan Prezidenti:
Bütün dünya bizim Zəfərimizi qəbul edir
“At ili” nələr vəd edir?
Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni illə bağlı PAYLAŞIM - FOTO
Prezident mühüm FƏRMAN İMZALADI: Yanvarın 1-dən qüvvəyə minir
Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurladı
Azərbaycanda cərimələr 10 dəfə artırlır-
Milli Məclis
Əvvəlki
Sonrakı
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
23-12-2025, 18:26
Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
18-12-2025, 11:11
Türkiyə bu müdafiə sistemini Rusiyaya geri qaytarır
18-12-2025, 01:05
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
25-11-2025, 15:01
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Türkdilli dövlətlərin öz “NATO”su-niyə də olmasın...
Türk Şurasının hərbi bloka çevrilməsi bu ölkələrin hədəfi ola bilər və gerçəkləşərsə, rəsmi Bakı bu haqda düşünər
Türk Şurası yeni qatılan ölkələrlə güclənərək beynəlxalq status qazana bilər. Sozcu.info bildirir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına videomüraciətində belə deyib. Türkiyə liderinin sözləri kifayət qədər diqqət çəkir. Ərdoğanın sözlərindən belə nəticə hasil etmək olar ki, Türk Şurasının hərbi blokunun gələcəkdə yaranması istisna deyil.
Necə ki, Rusiyanın patronajlığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) fəaliyyət göstərir, hətta bura türkdilli ölkələr də daxildir, belə bir hərbi alyansın türkdilli dövlətlərdən təşəkkül tapması niyə də olmasın?! Amma ilk növbədə Özbəkistan kimi, Qazaxıstan və Qırğızıstan da KTMT üzvlüyündən çıxmalıdır ki, bu qərar da Rusiyanın xoşuna gəlməyə bilər, Türkiyənin bu ölkəyə qarşı yönəlmiş geosiyasi addımı kimi qiymətləndirilər. Burada digər incə nüans da var - Azərbaycan indiyə qədər heç bir hərbi alyansa üzv olmayıb, nə NATO, nə KTMT-yə. Elə bu səbəbdən Qoşulmama Hərəkatında yer alırıq. Ən əsası Türkiyə özü NATO dövlətidir. Amma Türk Şurasının hərbi bloka çevrilməsi bu ölkələrin hədəfi ola bilər və gerçəkləşərsə, rəsmi Bakı bu haqda düşünəcək.
Hələlik isə məlum olan budur ki, Türk Şurası Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Amma təşkilatdır, hərbi blok deyil. Özbəkistan isə 14 sentyabr 2019-cu ildə quruma üzv olub. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam hüquqlu üzv olacağı gözlənilir. Lakin qloballaşmaqla yanaşı həm də müasir dünyada əsas məsələlərdən biri dövlət təhlükəsizliyidir. Belə bir əməkdaşlıq formatı varsa, niyə də Türkdilli dövlətlərin öz hərbi bloku olmasın? Məsələn, ABŞ, İngiltərə və Avstraliya belə bir hərbi əməkdaşlıq formatı yaradıb. Söhbət AUKUS ittifaqından gedir və Kanadanın qoşulması da gözlənilir. Odur ki, Türkdilli ölkələrin “NATO”sunun olması real görünürmü?
Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a qeyd etdi ki, Qoşulmama Hərəkatında olsaq da, yeni təhlükəsizlik platformasından imtina etməli deyilik. Onun fikrincə, əgər bizim maraqlarımızı və təhlükəsizliyimizi təmin edərsə, köhnələrdən imtina etmək də olar:
“Burada ərzaq, iqtisadi təhlükəsizlik də nəzərdə tutulur və tam normal məsələdir. Türkiyə və Azərbaycan bunu doğru təhlil edib. Biz KTMT və NATO kimi bir-birinə fərqli dayanan tərəflərə savaş açmırıq. Sadəcə, ortaq ordumuzu yaradırıq və cənab Ərdoğan da dedi ki, Türk Şurası türkdilli dövlətlərin təşkilatına çevrilə bilər və burada təhlükəsizliyi təmin edən davranış olmalıdır”. F.Quliyev hesab edir ki, İranın son hərəkətlərini yada salmaq kifayətdir: “Türkiyə və Pakistan mövqe qoymasaydı, bizə əlavə problem yarada bilərdi. Ona görə zərurət olarsa, təhlükəsizlik blokuna çevrilə bilər və əsas millətimizin təhlükəsizliyi məsələsidir”.
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, vaxtından əvvəl, şərait yaranmayana qədər bu məsələlərin qaldırılmasının zərəri var:
“Çünki Türk Şurasının olmasına qarşı çıxan qüvvələri qorxudan məhz onun gələcəkdə hərbi bloka çevrilə biləcəyi məsələsidir. Ona görə indiki məqamda bunu səsləndirmək birliyə ziyan gətirəcək”. M.Sadəddinov hesab edir ki, ancaq biz ümumilikdə türkdilli dövlətlərin əməkdaşlığından danışırıqsa, təhlükəsizlik bu dövlətlər üçün vacib amildir: “Ümumiyyətlə, bütün dünyada təhlükəsizlik önəmli məsələdir. Bu mənada əlbəttə ki, bu məsələlər gündəmə gələ bilər”.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli qeyd etdi ki, Azərbaycan və Türkiyə uzun illərdir türkdilli respublikaların inteqrasiyası istiqamətində ciddi addımlar atırlar. Onun sözlərinə görə, bu iki ölkə siyasi iradə nümayiş etdirərək flaqman rolu oynayırlar. Ekspertin zənnincə, məqsəd mərhələli şəkildə inteqrasiyaya nail olmaqdır və burada Qazaxıstanın rolu da danılmazdır. R.Məmmədli bildirdi ki, sadəcə, Qazaxıstanın yanaşma formatı Türkiyə və Azərbaycandan fərqlidir:
“Bu iki qardaş ölkə üçün siyasi və hərbi çalarlar yer tutur, Qazaxıstan kulturoloji amillərə üstünlük verir. Eyni zamanda hərbi blok formatında birləşməyin qarşısını alan Rusiya faktoru var. Bundan başqa, müəyyən qədər Çin amili var, amma Moskva əsasdır və SSRİ dağılan kimi türkdilli ölkələrin birliyini önləmək, onları nəzarətdən çıxarmamaq üçün qısa zamanda MDB, ardınca KTMT formalaşdı. Ona görə hərbi-texniki formatda əməkdaşlıq həmin ölkələrin götürdüyü öhdəlikdir”.
Ekspertin sözlərinə görə, açıq demək lazımdır ki, Türkiyə-Azərbaycan arasında ikitərəfli sıx əməkdaşlıq olsa da, bundan o yana gedə bilmir:
“Türkiyə NATO üzvüdür və Şimali Atlantika blokunun üzvü kimi götürdüyü öhdəlikləri var. Ona görə Türk Şurasının hərbi blok formatında inkişaf etməsi üçün bu sadaladığım nüanslar maneə yaradır. Burada manevr imkanı olan yalnız Azərbaycandır. O baxımdan Türkiyə və Azərbaycanın güclənməsi, Qazaxıstanın regionda siyasi rol oynaması ilə bu qurum yarana bilər, başqa cür mümkün deyil. Amma təbii ki, belə bir platforma arzuolunan haldır”.
Qeyd edək ki, Türk Şurası üzv ölkələrin dövlət başçılarının növbəti sammiti noyabrın 12-də İstanbulda baş tutacaq və Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Orta Asiya türk dövlətləri müəyyən anlamda zaman-zaman tərəddüdlü mövqe ortaya qoyurdu. Lakin Özbəkistanın bu prosesə qoşulması, Macarıstanla Ukraynanın, hətta Moldovanın Türk Şurasına yaxınlaşması Orta Asiya dövlətlərinin də ona daha ciddi yanaşmasına səbəb oldu. Bu prosesdə Azərbaycanla Türkiyənin türk dünyasındakı öncüllüyü artıq göz önündədir.
Oxşar Xəbərlər
Üç ölkənin baş prokuroru bu gün Bakıda olacaq
“Türk Şurası Avrasiya coğrafiyasında sülhün, sabitliyin və rifahın bərqərar olunmasında önəmli rol oynayır” - Türkiyə XİN
Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək –Pezidentlər Ərdoğanın təklifinə "hə" dedi
Ceyhun Bayramov Türk Şurasının baş katibini qəbul edib – FOTO
Xəbər lenti
Bu qanunlar artıq qüvvədədir -
SİYAHI
Pezeşkian etiraf etdi: xalq haqlıdır
Saatlardır qaz kartlarına pul vurmaq olmur -
Yenilənib
Yanvarın 2-də havanın temperaturu dəyişəcək
Süni intellektin “xaç atası”ndan şok PROQNOZ:
milyonlarla insan 2026-cı ildə işini itirəcək
"Türkan məndən yaxşıca istifadə etdi, şəxsi nömrəsini də BİLMİRƏM"
32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü
BDYPİ-dən sürücülərə -
XƏBƏRDARLIQ
Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı
Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq
"Məni heç kim pulla hamama çağırmayıb, İFTİRA ATIR"
Kişilərə qətiyyən bu yeni il hədiyyələrini almayın
Xankəndidə bayram atəşfəşanlığı
FOTO
Azərbaycan Prezidenti:
Bütün dünya bizim Zəfərimizi qəbul edir
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Şəmkirdə şəhər meydanında yolka yandı -
FOTO
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi
Qar yağacaq, yollar buz bağlayacaq -
XƏBƏRDARLIQ
“At ili” nələr vəd edir?
Səudiyyə ilə BƏƏ arasında böyük gərginlik:
ABŞ işə qarışır
"Yolka"nı evin bu yerlərinə qoymusunuzsa, DƏRHAL GÖTÜRÜN
Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni illə bağlı PAYLAŞIM - FOTO
Prezident mühüm FƏRMAN İMZALADI: Yanvarın 1-dən qüvvəyə minir
Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurladı
FHN hava şəraiti və təhlükəsizlik ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Azərbaycanda cərimələr 10 dəfə artırlır-
Milli Məclis
Deputatlar Prezidenti və Birinci xanımı təbrik etdilər
Bu ailələrə şad xəbər -
Hər birinə 200 manat ödənildi
Parlament tətilə getdi
Yeni il günü Bakıya qar yağacaq? -
PROQNOZ
Nəriman Həsənzadənin SON DURUMU
SON DƏQİQƏ:
Pensiyalar ARTDI, gələn il 1 milyondan çox vətəndaş…
Qaz limiti bu tarixdə sıfırlanacaq -
RƏSMİ
Elxan İbrahimov özəl şirkətlərdən pul yığırmış -
100-200 min manat
Başçısız qalan Nəsimi rayonunda "vandal söküntü" terroru davam edir -
VİDEO
Türkiyə şirması raşizmin xidmətində
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Milli Azadlıq Mübarizəsindən Rəsmi Dövlət Bayramına Gedən Yol
Dünya Azərbaycanlılarının Həmrəyliyi Siyasətinin Tərkibində Türk Dünyasının Sarsılmaz Birliyi: “Bir Millət, İki Dövlət” Strategiyası
Vətən Müharibəsi: Milli Həmrəyliyin Şanlı Zəfər Sınağı və Birliyin Gücü
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Milli Mədəni İrs və Vətənpərvər Gənc Nəslin Diaspor Fəaliyyətindəki Rolu
Azərbaycan: Dünyadakı Bütün Soydaşlarımızın Güvən Yeri və Müqəddəs Milli Evi
Biraylıq icra başçısı olan Elxan İbrahimov kimdir?
Bu media subyektləri ilk dəfə 5 min manat dəstək alacaq -
FOTO
Prezident İlham Əliyev bu sazişi təsdiqlədi
"Aygün Kazımovaya dediyim söz yadıma düşəndə ölürəm" -
Röya Ayxan
Gələn ildən bu şəxslər də vergi ödəyəcək
Misir Mərdanovun yeni vəzifəsi məlum oldu -
RƏSMİ
Prezident ailəsi ilə “Bakı Ağ Şəhər”də olub
Qaz limiti ilə bağlı VACİB AÇIQLAMA –
RƏSMİ
Fələstin - Qazzə testi, yaxut qaraçılığın ucalığı
-Xanəmir Telman oğlu yazır
PRİZMA
Türkiyə şirması raşizmin xidmətində
MÜSAHİBƏ
1
2
3
4
5
6
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
TƏHLİL
Qaçaqlarla kimlər və necə işləyib?
– SENSASİON TƏFƏRRÜAT
SOSİAL
1
2
3
4
5
6
Saatlardır qaz kartlarına pul vurmaq olmur -
Yenilənib
Yanvarın 2-də havanın temperaturu dəyişəcək
"Türkan məndən yaxşıca istifadə etdi, şəxsi nömrəsini də BİLMİRƏM"
Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq
"Məni heç kim pulla hamama çağırmayıb, İFTİRA ATIR"
Kişilərə qətiyyən bu yeni il hədiyyələrini almayın