Azərbaycan Baş prokurorunun Gürcüstana rəsmi səfəri başlayıb

Azərbaycan Baş prokuroru Kamran Əliyev Gürcüstanda rəsmi səfərdədir.
Sozcu.info-un yerli bürosu xəbər verir ki, o, səfər çərçivəsində gürcü həmkarı İrakli Şotadze ilə görüşəcək.
Görüşdə iki ölkə arasında prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
K.Əliyevin digər rəsmi şəxslərlə də görüşləri planlaşdırılıb.
Baş prokuror Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edəcək.


Oxşar Xəbərlər

Xəbər lenti