Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Əliyev, Ərdoğan və Paşinyan İrəvanda görüşə bilər - ŞOK DETALLAR
Sozcu.info Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Orucla müsahibəni təqdim edir:
- Zahid müəllim, sizcə, yüz illərdir az qala tarixi nifrət fonunda daşlamış Türkiyə-Ermənistan münasibətlərində irəliləy
iş
ə istiqamətlənmiş addımlar effektiv olacaqmı?
- ABŞ-da zamanında səfir olmuş, eləcə də, 2015-ci ildə “erməni soyqırımı” mövzusunda Qərbdə cərəyan edən proseslərə qarşı dirəniş göstərən və Qərb kommunikasiya sistemini, ictimai həyatını, siyasi proseslərini dərindən bilən Sərdar Kılıç kimi təcrübəli diplomatın Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin olunması Ermənistan cəmiyyətində çox böyük əks-səda doğurub. Türkoloq alimlər bu məsələ ətrafında Kılıçın bütün şəcərəsini, tərcümeyi-halını, keçmişini, onun ata biləcəyi addımları, hakimiyyət komandasında yerini, Rəcəb Tayyib Ərdoğanla sıx münasibətlərini dərindən təhlil edirlər. Onlar fərqindədirlər ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edilən Ruben Rubinyanla müqayisədə Sərdar Kılıç qat-qat ondan üstündür. Məhz buna görə də Nikol Paşinyan hakimiyyətinə qarşı onların ciddi tənqidi mövqeləri var. İddia edirlər ki, Türkiyə kimi nəhəng bir dövlətin təmsilçisinin qarşısına çox zəif nümayəndə çıxarıblar. Ancaq bununla bərabər real mənzərə Azərbaycanın Vətən müharibəsindəki uğurlu nəticələri üzərindəndədir. Yəni Türkiyə-Ermənistan münasibətlərinin açılımı üçün 2009-2010-cu illərdə ABŞ, o cümlədən Fransa, Almaniya və başqa dövlətlərin də yer aldığı, İsveçrənin cəlb olunduğu məşhur Surix protokolları prosesi vardı.
- Həmin dövr üçün bu prosesin hədəfi nə idi?
- Orada başlıca hədəf ondan ibarət idi ki, Türkiyə və Azərbaycan münasibətləri Qarabağ məsələsində izolyasiyaedici addımları ortadan qaldırsınlar. Çünki bunun iqtisadi tərəfindən daha çox, siyasi mənası bizim üçün mənfi təsirlərini doğura bilərdi. Əgər Türkiyə və Azərbaycanın mövqeləri burada parçalansaydı, avtomatik olaraq ermənilər bütün dünyada deyəcəkdilər ki, “siz görürsünüzmü 1992-ci ildə sərhədi Kəlbəcər məsələsinə görə bağlayan Türkiyə bu gün əlaqələri bərpa edib. Onlar ermənilərlə geniş şəkildə münasibətlərdədir və Azərbaycanın mövqeyini bölüşmürlər”. Təsadüfi deyil ki, bu məsələnin üzərindən illər keçəndən sonra Edvard Nalbandyan, həmin proseslərin içərisində məxfi danışıqlarda yer alan Ermənistanın sabiq xarici işlər naziri bunu etiraf edir. Bildirir ki, onların strateji hədəfi Türkiyə və Azərbaycanı bir-birindən qoparmaq idi.
- Sizcə, bu proses baş versəydi, nələr dəyişəcəkdi?
- Belə olacağı təqdirdə bəlkə də onların nəzəri hesablamalarına görə, 2020-ci ildəki 44 günlük müharibə baş verməzdi. Yəni Azərbaycanın hərbi siyasi meydanda tək qalması, onun beynəlxalq aləmdə Türkiyə kimi nəhəng bir dövlət tərəfindən himayədarlığının ortadan qalxması ermənilərin hesablamalarına görə fərqli bir sse
nar
i və gələcək formalaşdıra bilərdi.
- Axı tarix şərt şəkilçisini sevmir...
- Bəli, bunun nə qədər həqiqət olub-olmadığını bilmək üçün keçmiş zaman halında rusların misalını bir qədər mexanik tərcümə etsək görərik ki, həqiqətən də, tarix şərt şəkilçisini sevmir. Belə olsa, necə olardı, bunu indi proqnozlaşdırmaq çox çətindir. Həm də ona görə ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Hillari Klintonun başlatdığı bu “ssenariyə” qarşı duruşu və mədəniyyətlərarası dialoq tədbirinə getməməsi özü bir iradə göstəricisi idi. Amma bunlar geridə qaldı. Türkiyə və Azərbaycan hazırkı dövrdə bütünnormallaşma prosesini sinxron aparır, koordinasiya edir. Onlar arasında güclü bir əlaqəli addımların atılmasını görməkdəyik.
- Vətən müharibəsinin nəticələrinin regional və beynəlxalq müstəviyə daşınması hansı təsirlərə malikdir?
- Sözsüz ki, Vətən müharibəsinin nəticələri təkcə bölgədə deyil eləcə də yüz illərdi türklər və ermənilər arasında davam edən tarixi ədavətin, düşmənçiliyin aradan qalxmasına səbəb ola bilər. Bu realdır. Təsadüfi deyil ki, artıq nümayəndələr təyin edilib. Yanvarın 11-də belə bir niyyətli görüş olacaq. Bundan sonra isə hər hansı bir şərt qoymadan danışıqlara getmək mövqeyini əldə əsas götürən Ermənistan fərqindədir ki, Türkiyə Azərbaycanın nəinki Zəngəzur, bütöv digər kommunikasiyaların və böyük sülh müqaviləsinin şərtlərinin tamamilə razılaşdırılmasından sonra açılım qərarı verə bilər. Amma bu bizim üçün 2021-ci ildə Moskva görüşündən, ardınca Soçidə nəhayət isə Brüssel danışıqlarında hər hansı bir nəticə hasil olmadı kimi bir qənaət yaratmamalıdır. Bunlar öz-özlüyündə bu faktiki olaraq hazırkı dövr müxtəlif razılaşmaların və qərarların tam zəmini, fundamentini yaradıb. Ona görə də, Vətən müharibəsinin nəticələrini regional və beynəlxalq siyasətə daşımaq üçün Azərbaycan dövlətinin hazır baxışları, dəqiq konsepsiyası var. Prezidentin bu yöndə strateji bir kursu mövcuddur. Bunun hər ikisi də paralel gedəcək. Yəni, Zəngəzur dəhlizinin açılması eyni zamanda Türkiyənin Qarsdan və digər ərazilərdən Ermənistanla əlaqələrinin bərpa etməsi bunun ardınca diplomatik tanınma, daha sonra gələcəkdə hər iki ölkədə səfirliklərin açılması və s doğru gedə bilər. Proseslərin bu sürəcdə getdiyi tərzdə biz regional məsələləri, bölgə dövlətlərinin mövqelərini izləyə bilərik. O cümlədən Qərb dövlətlərini də proseslərdə hansı maraqla iştirak edəcəyi dəyərləndirilməlidir. Bu özlüyündə sadə bir məsələ deyil. Çünki bölgə tarixi bir transformasiyaya uğrayır. Bu bir neçə il əvvəl ağıla gəlməz bir hadisə idi.
- İlk dəfə olaraq dövlət başçısı Ermənistanı qonşu olmağa səslədi. Qarşı tərəf buna necə, adekvat ola biləcəkmi?
- İlk dəfə dövlət Azərbaycan Prezidentinin xalqa bayram təbrikində qonşu olmağa hazırıq, amma bunun şərtləri var kimi bir ifadə üzərindən məsələyə münasibət bildirməsi həqiqətən tarixi dönüşün anlarıdır. Biz 30 il bunu görməmişik, yaşamamışıq. Əksinə regionu, dağıdıcı siyasəti ilə məhv edən özü də onun içərisində həm maddi, həm fiziki və strateji perspektivdən həhrum olan bir dövlət görmüşük. Buna qonşu kimi yanaşmaq da çətindir. Axı bunun da özünəməxsus şərtləri var. Şərq aləmində qonşuluq müqəddəs sayılır. Amma bunlar öz coğrafiyaları ilə toqquşan tərəf oldular deyə onlara kimsə, qonşu kimi baxmadı. Ona görə də, ümidvarıq ki, Türkiyə Ermənistan və Ermənistan Azərbaycan münasibətlərini həm də bunun daha böyüdülmüş miqyasda “3+3” formatının fərqli formalarda riyaziyatın siyasətə necə çevrildiyini də demək olar. “3+2+1” və həmin o üç rəqəmi yalnız Türkiyə, İran, Rusiya deyil. Bu üç rəqəmini fərqli, ayrı-ayrı dövlətlərdən təşkil etmək olar. Yalnız ona görə ki, hər hansısa bir dövlət prosesdən kənarda qalmasın.
- Gürcüstan amili burada hansı halda nəzərə alına bilər?
- Məlumdur ki, Gürcüstanın Rusiya ilə məlum konfrantasiyadan sonra tamam münasibətlərinin dayandırlması ilə az qala Ermənistanla Türkiyənin münasibətlərinə bərabər bir durum yaranıb. Bu da asan deyil. Tarixi yüz il olmasa, da ən azı 2008-ciildən bu yana o düşmənçilik davam edir. Ona görə də, Vətən müharibəsinin nəticələri Gürcüstan Rusiya münasibətlərini də normallaşdıra bilər. Bu bölgənin təhlükəsizliyinə əməkdaşlığına və sülhə çox böyük töhvə verər. Artıq qarşıdakı dövrdə Azərbaycan Prezidentinin atdığı bu addımlar, qurduğu strategiya, ölkə daxilində Qarabağa Böyük Qayıdışı hədəf edib. Amma bu Böyük Qayıdışın daha böyük ərazilərə aparıb çıxardığını və söhbət birbaşa hər hansı bir ölkənin ərazisinə işğalçılıq nöqteyi nəzərdən yanaşmanı deyil, artıq dərəcədə əlaqələrin bərpa olunmasını, tarixi münasibətlərin təkrarən gündəmdə qalması vacibdir. Belə olan təqdirdə üç dövlət rəhbərinin yəni, Prezident İlham Əliyevin, hörmətli prezidenti Rəcəb Tayyib Ərdoğanın və baş nazir Nikol Paşinyanın Zəngəzur mahalında, bəlkə də İrəvanda bundan sonrakı dövr fərqli siyasi paytaxlarda da görüşü reallaşdırıla bilər. Buna hazırkı dövr çox böyük çağırışlar, hadisələrin o istiqamətdə cərəyan etdiyi də görsənməkdədir.
- Prosesə zərbə vuranlar da az olmayacaq. Bu təhlükələrdən sığortalanmağın yolları varmı?
- Buna qarşı müxətlif təxribat planları Ermənistan içərisində mövcuddur. Türkiyə və
Azərbaycanda
bu müşahidə edilmir. Ən sərt qüvvələr Azərbaycan və Türkiyənin maraqlarının ən yüksək səviyyədə qorunduğunu görməkdədir. Amma bu, Paşinyan hakimiyyətinin axırına çıxmazsa, daxili qüvvələr onu devirməzsə, dediyimiz üçlü görüşün formatı da məhz o şərtlər çərçivəsində reallaşa bilər. Yəni Zəngəzur mahalı görüşü bilavasitə ona xidmət edə bilər ki, nəhayət Ermənistan tərəfi Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıyaraq, özünün xilas yolunu seçmiş olsun.
- Məsələlərin hazırkı durumu və bir qədər uzanmasının bizə ziyanı nədir?
- Proseslərin indiki halda qalmasının belə Azərbaycana xüsusi bir ziyanı yoxdur. Çünki bizim Qərbə çıxış yollarımızı illər ərzində ölkəmiz qurub, formalaşdırıb. Amma hazırda Qarabağ və ətraf ərazilər Azərbaycan düşməndən geri alandan sonra, bütün yaşam şərtlərini sıfırlamış bir tərəfin durumundan bəhs etmək lazımdır. Paşinyanın tərəfdarları açıq şəkildə artır, çoxalır. Artıq onlar dərk edirlər ki, Türkiyə və Azərbaycanla hazırkı şəraitdə düşmənçilik etməyin perspektivi yoxdur. Ona görə də, proseslərə
2022-ci il
də daha böyük inamla və ümidlərlə baxırıq./Teleqraf.com
Oxşar Xəbərlər
Türkiyə Ermənistan üzrə xüsusi nümayəndə təyin etdi
"İlk görüş yanvarda baş tuta bilər” - Çavuşoğlu
“Zəngəzur dəhlizi açılarsa, münasibətlərdəki çətinlik aradan qalxar” - Ərdoğan
Spiker Sahibə Qafarova Ərdoğanla görüşəcək — RƏSMİ
Xəbər lenti
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək