8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.
Sozcu.info “Baku TV”yə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-si Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib. Aparılan müalicə və müayinələrə baxmayaraq, o, dünən müalicə aldığı xəstəxanada vəfat edib.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, noyabrın 12-də turşudan zəhərlənən qadın ağır vəziyyətdə mərkəzə hospitalizasiya edilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, noyabrın 14-ü ölüm faktı qeydə alınıb.
***
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza belə cavab verildi:
“Noyabrın 12-də 1971-ci il təvəllüdlü vətəndaş turşu zəhərlənməsi diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Bütün reanimasiyon tədbirlərə baxmayaraq ötən gün ölüm faktı qeydə alınıb”.
Ətraflı sujetdə: