Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçiriləcək.
Sozcu.info xəbər verir ki, bu barədə yanvarın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı zamanı bildirilib.
Telefon danışığında Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsinin planlaşdırıldığı məmnunluqla bildirilib.


Oxşar Xəbərlər

Xəbər lenti