Ceyhun Bayramovla iranlı həmkarı arasında növbəti telefon danışığı oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
Sozcu.info xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov “Twitter” hesabından etdiyi paylaşımında bildirib.
“İrandan olan hörmətli həmkarımla telefon danışığı oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə C.Bayramov qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti