SON DƏQİQƏ! Rusiya və Türkiyə RAZILAŞDI: Çavuşoğlu rəsmən ELAN ETDİ

Türkiyə Rusiyanın üç gəmisinə İstanbul boğazlarından keçməsinə icazə verməyib.
Sozcu.info xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Rusiyadan Qara dəniz donanmasına aid olmayan gəmilərin boğazlarından keçid tələbini geri götürməsini istədik, onlar razılaşdılar”, – Çavuşoğlu bildirib.


Nazir qeyd edib ki, Türkiyə müharibəni dayandırmaq üçün hər cür səy göstərir, NATO üzvü kimi prinsipial mövqe tutur və vasitəçi kimi çıxış etməyə hazırdır.
“Fikir fərqliliyinə baxmayaraq, biz hər iki ölkə (Ukrayna və Rusiya – red.) ilə əməkdaşlığı inkişaf etdirən ölkəyik. Müharibə olanda heç kimin tərəfini tutmamalıyıq. Əksinə, biz müharibəni bitirmək üçün hər iki tərəflə dialoq qura bilən ölkəyik”, – Çavuşoğlu söyləyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumunu beynəlxalq hüququn pozulması deməkdir.


Oxşar Xəbərlər

Xəbər lenti