Paşinyandan Qubadlı barədə açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclası zamanı “Ermənistan” fraksiyasının deputatı Ripsime Stambulyanın “ölkə ərazilərinin 75 faizinin itirilməsinə” dair atmacalarına cavab verib.
Sozcu.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Paşinyan müxalif partiyalardan Azərbaycanın Qubadlı şəhərinin onlar üçün Qubadlı və ya Sanasar olmasını bildirmələrini tələb edib:
“Əgər bu Qubadlı deyil, Sanasardısa, onda niyə sizin liderləriniz (Robert Koçaryan və Serj Sarkisyan - red.) 20 il bu ərazilərin qaytarılmasına dair danışıqlar aparıb. Onlar bunu ictimai şəkildə edirdilər. Tərəfinizdən qəbul edilən Madrid prinsiplərində 7 rayonun Azərbaycana qaytarılması barədə yazılıb”.
Onun sözlərinə görə, müxalif partiyalar Qubadlını rəsmi olaraq Ermənistan torpağı olaraq tanıyarlarsa, onların liderlərini vətənə xənayətə görə məhkəməyə vermək lazımdır. O, müxalifləri “timsah göz yaşları” axıtmamağa çağırıb.



Oxşar Xəbərlər

Xəbər lenti