Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Putin planını açıqladı:
Ukraynanı dəhşət gözləyir...
Fransa Prezidenti Makrona inansaq, Putinin planı Ukraynanı tam ələ keçirməkdir.
Makron ötən gün Putin və Zelenski ilə danışıb. Yelisey sarayının yaydığı məlumata görə, Putin hər hansı kompromisdən qəti şəkildə imtina edib və Ukraynanı almayınca, dayanmayacağını bildirib. Makron Ukraynanı daha ağır günlər gözlədiyindən, deyəsən, əməllicə “təsirlənib”.
Putin hədə-qorxu gəlmir: görünür ki, planından imtina etmək niyyətində deyil. Təhlükəsizlik Şurasının iclasında da Putin hər şeyin plan üzrə getdiyini bildirdi.
Plan üzrə gedən nədir?
Rusiya ordusu Ukraynada hava məkanını əhəmiyyətli dərəcədə nəzarətə götürüb, Ukraynanın HHM sistemlərinin böyük əksəriyyətini sıradan çıxarıb; ötən gün Ukraynanın şərqindəki separatçı qurum artıq vilayətin sərhədlərinə çıxdığını rəsmən elan etdi.
Dənizdə birmənalı üstünlük Rusiyanın tərəfindədir. Rus ordusunun bəzi açar şəhərlər istisna olmaqla, ciddi şəkildə irəlilədiyi göz önündədir.
Ukraynada yaşayan soydaşlarımız da vəziyyətin həddən artıq dramatik olduğunu bildirir. Son iki günə qədər Kiyevdə qalmağa davam edən soydaşlarımız artıq nəinki Ukrayna paytaxtından, hətta Lvovdan çıxırlar.
Rusiya Ukraynanın hər tərəfindədir.
Ukrayna hakimiyyətinin və Qərbin Ukrayna üçün planı nədir?
ABŞ da – Putin kimi - planları haqda indi açıq danışır və Rusiyanın “güllələrini” sayır: bir neçə gün öncə Pentaqon Rusiyanın sərhəddə topladığı qüvvənin 75%-ni hücuma cəlb etdiyini bildirmişdi. Ötən gün isə elan etdi ki, Rusiyanın sərhəddəki qüvvələrinin artıq 90%-i döyüşə girib, həm də indiyə qədər Rusiya 480 ballistik və qanadlı raket atıb.
Ukraynaya “təskinlik” də verdi: Belarus ordusuda döyüşə qatılması üçün heç bir hərəkətlilik yoxdur!
ABŞ Rusiyanın hərbi imkanlarını getdikcə daha çox səfərbər etdiyinə, daha çox resurs xərclədiyini diqqət çəkir; o raketlərin haraları necə dağıtması deyil, nə qədərinin istifadə olunmasını güdür.
Ötən gün Pentaqon yenə Rusiyanın Kiyevə girməyi hədəflədiyindən bəhs etdi.
Bu sözü “tərcümə” edək: Rusiya Kiyevə girməkdə israrlıdır, ABŞ da onun girməsi üçün bütün provokasiyaları edir. Çünki onda rus ordusu daha çox itki verəcək - həm heyət, həm də texnika baxımından.
Zelenski hava səmasının bağlanmadığı təqdirdə vəd edilən qırıcıların Ukraynaya verilməsini istəyir. Qərb isə bu məsələdə qətiyyən tələsmir.
"Qərb Ukraynanı satdımı” sualı dərhal aktivləşir!
Qətiyyən! ABŞ-ın ssenarisində Ukraynanın hava məkanını və paytaxtını qorumaqda bu ölkəyə dərhal dəstək göstərmək əvvəldən yox idi. Ona görə HHM sistemləri və qırıcılar Ukraynaya "piyada" gələcək.Bəlkə sülh? Bəlkə Rusiyanı qıcıqlandırmamaq üçün qırıcılar gəlmir?
Axı, Ukrayna-Rusiya danışıqları da nəticə vermir, Ukrayna nümayəndə heyəti “gözlədiyi nəticəni almamaqdan” gileylənir...
Almaniya da daxil olmaqla, ötən iki gün ərzində Ukraynaya vəd edilən qırıcılar əvəzinə göndərilən silahlar sırasında yenə “Stinger”, “Javelin” – tankvuran, zirehli texnikaları uğurla sıradan çıxarıb məhv edən silahlar öndədir.
Səbəb Kiyevin də küçə döyüşlərinə salınmasıdır. Küçə döyüşləri üçün fiziki yardım da gəlir - əcnəbi legionlar yaradılır, muzdlular Ukraynaya axışır.
Çox təəssüf ki, Putin bu planı bildiyi halda sonuna qədər getməyə qərar verib. Qardaş qırğınının miqyası genişlənir, Rusiyanın da hərbi-iqtisadi çöküşü dərinləşir.
Qərb "nəticəyə" köklənib: ABŞ ilkin olaraq Ukraynanın yenidən qurulmasına 100 milyard ayrılması üzərində düşünür, AB də bu prosesdə qətiyyət göstərəcək.
İndi isə dəhşət həftəsi başlayır: Ukrayna üçün daha ağır günlər gəldi.
Yeri gəlmikən, rus ordusunun əsir düşən əsgəri cəmi 3 günlük azuqə götürdüklərini bildirmiş, bu hücumun çox qısa olacağı haqda onlara məlumat verildiyini iddia etmişdi.
Rus desantının üzərindən çıxan xəritə və planda isə müharibənin 20 fevralda başlayacağı, 6 martda başa çatacağı haqda bilgi olduğu iddia edilir.
Müharibə 4 gün gecikdi, demək, Rusiyanın əsas zərbələrinin tamamlanması planı da 4 gün gecikir. Tamamlanacaqmı?
Qarşıdakı bir həftədə hər şey aydınlaşacaq...
“Sonra nə olacaq” sualının cavabı ilk gündən bəllidir: indi daha heç kim şübhə etmir ki, Rusiya dağıtdığı Ukrayna şəhərlərinin xarabalıqları altına düşür; nə qədər çox dağıdacaqsa, "batma" da o qədər dərin olacaq...
Oxşar Xəbərlər
Putin Ukrayna haqqında məqalə yazıb
"Putinlə Makron Qarabağla bağlı razılığa gəlib, yaxın günlərdə çıxış edəcəklər"
Putin Düşənbə səfərindən imtina etməsinin səbəbini AÇIQLADI
Bayden Putinlə görüşə razılıq verdi - Bir şərtlə...
Xəbər lenti
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək