Rusiya Azərbaycandan üzr istədi

Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib”.
Sozcu.info xəbər verir ki, bu barədə APA-ya Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:
“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, – deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.


Oxşar Xəbərlər

Xəbər lenti