Rəsmi Kiyev İstanbul danışıqlarının ilk detallarını açıqlayıb

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İstanbulda Rusiya ilə aparılan danışıqların ilk detallarını açıqlayıb.
Sozcu.info xəbər verir ki, Podolyak çıxışı zamanı hazırda bir sıra mühüm məsələlər üzrə məsləhətləşmələr aparıldığını qeyd edib.
O deyib: “Hazırda bir neçə mühüm məsələ üzrə məsləhətləşmələr aparılır. Əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatlarına dair razılaşmadır, məhz onunla biz müharibəyə son qoya bilərik. İkinci məsələ, heç də az əhəmiyyətli deyil, bütün humanitar problemlərin həlli üçün atəşkəsdir”.
Eyni zamanda, o əlavə edib ki, indi böyük problem müharibənin daha da qızışmasıdır.
“Mən ayrıca qeyd etmək istəyirəm ki, bu gün başlıca problem müharibənin getdikcə böyüməsidir, əsirlərə qarşı münasibətdir. Əsirlərin çəkilən videolarından görünür ki, bu, Cenevrə Konvensiyasının pozulmasıdır. Belə halların təkrarlanmaması üçün birgə səylərin aparılması müzakirə olunub”, - deyə Podolyak bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti